Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səməd VurğunMən tələsmirəm

Mən tələsmirəm

Dostlar, badələri qaldırın içək!
Gecə, ulduzludur, hava da sərin.
Demirəm məst olub dünyadan keçək…
Deyirəm mehriban düşüncələrin
İsti qücağında qızınaq bir az…
Qoy uzansın gecə, geciksin səhər,
Yuxuya getməsin məclisdəkilər –
Mənim söhbətimdən yorulmaq olmaz.
Hələ yer üstündə, insan yanında
Deyib danışmaqdan doymamışam mən…
Uzadaq ömrünü hər bir anın da,
Yel kimi keçməsin vaxt üstümüzdən…
Bu aylı gecədə, bu dağ döşündə,
Bu sazlı, söhbətli bulaq başında
Bu saat, bu dəm
Heç yana, heç yerə mən tələsmirəm!

Sevgilim, qolunu boynuma dola!
Demə ki, yorğunam, ya qocalmışam.
Mən hələ dünyadan nə zövq almışam?
Dur, bütün aləmi gəzək qol-qola!
Yenə də fikrimin səyyar yelkəni
Dənizdən – dənizə atsa da məni,
Qorxma! Ürəkdə de:: «Uğurlar ola!»
Dur, bütün aləmi gəzək qol – qola,
Sellərdən, sulardan yeyin axsam da,
Şimşəklə yanaşı Ardı »

Səməd VurğunŞair nə tez qocaldın sən

Şair nə tez qocaldın sən

Nemətsə də gözəl şer,
Şair olan qəm də yeyir.
Ömrü keçir bu adətlə,
Uğurlu bir səadətlə.
Görən məni nədir deyir:
Saçlarına düşən bu dən?
Şair, nə tez qocaldın sən!

Dünən mənə öz əlində
Gül gətirən bir gəlin də
Gözlərində min bir sual
Heykəl kimi dayandı lal…
O bəxtəvər gözəlin də
Mən oxudum gözlərindən:
Şair, nə tez qocaldın sən!

Ovçuluğa meyil saldım,
Gecə – gündüz çöldə qaldım,
Dağ başından enib düzə
Bir ox kimi süzə – süzə
Neçə ceyran nişan aldım;
Cavab gəldi güllələrdən:
Şair, nə tez qocaldın sən?

Bəzən uca, bəzən asta,
Ötür sazım min sim üstə.
Andı yalan, eşqi yalan,
Dostluğu da rüşvət olan,
Ürək yıxan bir iblis də
Üzəvari deyir hərdən:
Şair, nə tez qocaldın sən!

Saç ağardı, ancaq ürək
Alovludur əvvəlki tək.
Saç ağardı, ancaq nə qəm!
Əlimdədir hələ Ardı »

Səməd VurğunAna,,,

Ana,,,

Pək cocuğdum, yerə gömdülər səni,
Həyata qanadsız atdılar məni.
Bax, necə pozulub ömür gülşəni,
Həyat sənsiz mənə zindandır, ana!

Qoynunda bəslənir gözəl diləklər,
Layiqdir səcdəyə sənə mələklər,
Nerdəsən, gözlərim həp səni bəklər,
Bax evladın nasıl giryandır, ana!

Sən bir günəş idin, doğdum da, batdın,
Yazıq evladını qəmlərə atdın.
Bir cavab ver, hanki murada çatdın
Torpaqlarda neçə zamandır, ana!

Bir ah çəksəm sənsiz, qopmazmı tufan?
Əzizim anacan, gözüm anacan!
Yumuq gözlərini aç da bir oyan,
Şimdi zaman başqa zamandır, ana!

Yıxılıb payinə öpmək istərəm,
Analıq mehrini görmək istərəm,
Səni görmək üçün ölmək istərəm,
Təsəlim ah ilə fəğandır, ana! Ardı »

Səməd VurğunHəyat fəlsəfəsi

Həyat fəlsəfəsi

Quşlar qatar-qatar ellərdən keçər,
Bəşər nəsil-nəsil dünyadan köçər;
İnsanlıq gah zəhər, gah şərbət içər…
Əzəldən belədir hökmü zamanın -
Düyümlü bir sirri var asimanın!

Çarxını qurduqça dövranın əli
Bəzən ağlar olur, bəzən gülməli…
İnsanın ən böyük eşqi, əməli
Bəzən aslan kimi çırpınır darda,
Bəzən də qərq olur fırtınalarda…

Dəyişir səmtini daima sular,
Dəyişir fikirlər, dönür duyğular.
Kainat tutmayır bir yerdə qərar:
- Çarpır sinəsini qayalıqlara-
O gah qışa çıxır, gah da bahara!

Dünya binasını qurandan bəri
Səadət adlanan o gözəl pəri
Gəl! - deyə səsləmiş qərinələri;
Yazıqlar olsun ki, hələ insanlıq
Gəlib qovuşmamış ona bir anlıq.

Ey dünya gözəli, qaçma bəşərdən!
İnsandır ayıran xeyiri şərdən!
Gəl onun eşqini ücüz tutma sən, -
Qəlbi var, hissi var hər məhəbbətin,
Qaralmaz ulduzu əbədiyyətın!…

Ölüm bir iblisdir, həyat bir Ardı »

Səməd VurğunBir səs

Bir səs

Qərib bir səs gəldi bu gün qəlbimdən:
Ömrün baharında öləcəyəm mən…
Didib parçaladı bağrımı bu qəm,
Üzümə boylandı əlimdə qələm!
Of…Bu səs! Nə qədər ömrümə yaddır.
Mənim ki, gəncliyim qəmdən azaddır!
Qayadanmı qopdu bu daşqəlbli səs?
Həyat öz oğlunu vaxtsız itirməz!
Dağılın başımdan qara xəyallar.
Hələ arzularım, əməllərim var.
Qapımdan getməmiş ömrün ayağı,
Dövran mənzilimə dost gələcəkdir,
Azəri yurdunun şer bayrağı
Mənim sənətimlə yüksələcəkdir. Ardı »

Səməd VurğunBahar...

Bahar...

Mən səni gördükdıə gözlərim yanır
Sən ey gəncliyimin güzgüsü,Bahar!
uçan buludların bəzən dayanır
Yoxsa söyləyəcək bir sözünmü var?
Sən ey gəncliyimin güzgüsü bahar!

Özün bilirsən ki xeyli zamandır
Çiçəkli düzlərə qanad gərmədim.
Kim deyir gəncliyim haman-hamanadır?
Mən keçən günlərə yol göstərmədim
Çiçəkli düzlərə qanad gərmədim.

Bahar,gəl demə ki,qanım soyuqdu
Mənimdə qəlbimdə əməllərim var
Kim deyir gəncliyin mənası yoxdu?
gözlə qırılmasın ortada ilqar
Mənimdə qəlbimdə əməllərim var.

Qoy deyim onları eşid səndə bil:
Bil ki,hər əməlim bir kainatdı.
Səsimə səs verir bağçada bülbül
Cahanda ən gözəl məncə həyatdır
Bil ki,hər əməlim bir kainatdır!! Ardı »