Bir səs
Qərib bir səs gəldi bu gün qəlbimdən:
Ömrün baharında öləcəyəm mən…
Didib parçaladı bağrımı bu qəm,
Üzümə boylandı əlimdə qələm!
Of…Bu səs! Nə qədər ömrümə yaddır.
Mənim ki, gəncliyim qəmdən azaddır!
Qayadanmı qopdu bu daşqəlbli səs?
Həyat öz oğlunu vaxtsız itirməz!
Dağılın başımdan qara xəyallar.
Hələ arzularım, əməllərim var.
Qapımdan getməmiş ömrün ayağı,
Dövran mənzilimə dost gələcəkdir,
Azəri yurdunun şer bayrağı
Mənim sənətimlə yüksələcəkdir.
Tarix: 01.06.2015 / 11:11 Müəllif: Aziza Baxılıb: 128 Bölmə: Səməd Vurğun
loading...