Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

FilimlerHacı Qara

Mirzә Fәtәli Axundovun komediyaları Zaqafqaziya müsәlmanlarının XIX əsrin 40 vә 50-ci illәrindәki hәyatını әks etdirәn bir reflektora bәnzәyir. İstedadlı dramaturq, xalqı yaxşı tanıyan Axundov xalq mәişәtinin müxtәlif tәrәflәrini kifayәt qәdәr düzgün vә sәnәtkarlıqla әks etdirmişdir.Bütün komediyalarında Axundov xalqın hәyatına yaxşı bәlәd olan nadir psixoloq vә sәnәtkardır, onun yaradıcılıq istedadı, hәyat tәcrübәsi vә hәrtәrәfli biliklә zәngin zәkası özünü hәr yerdә göstәrir. Onun hәr hansı bir komediyasını oxuyub qurtarandan sonra adama elә gәlir ki, uzun müddәt yaxından tanıdığın adamların arasında olmusan vә hәmin adamlardan lap yaxın vaxtlarda ayrılmısan.



M.F.Axundzadənin «Hacı Qara» komediyasında adından da göründüyü kimi xəsislik təsvir və tənqid olunur. Dahi dramaturqun Ardı »

FilimlerKölgədə 40 dərəcə isti (film, 1987)

Məzmun
Komediya janrında yaradılmış bu film Abşeron qəsəbələrindən birinin adamları haqqındadır. Burada təsvir olunan hadisələr bir gün ərzində cərəyan edir. Və bu qısa müddət ərzində biz öz ənənələrinə, öz həyat tərzinə malik dənizkənarı qəsəbənin adamları ilə tanış oluruq. Bu, milis nəfəri Mirpaşa(Süleyman Əhmədov), klub müdiri Ziya(Davud İmanov), qoca Mirəli(Süleyman Ələsgərov (II)), gənc Əlibaba(Telman Adıgözəlov) və başqa sakinlərdir. Filmdə doğma torpağa sədaqət, prinsipial həyat mövqeyi, düzlük, doğruçuluq kimi məsələlərə toxunulur.
[redaktə]
Film haqqında
Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.
Film 2-ci kateqoriyaya layiq görülüb.
Filmin rus dilində ilk adı belə olub: “Kuritsa pod qipnozom” (hipnoz altındakı toyuq).
[redaktə]
Filmin heyəti
[redaktə]
Film üzərində işləyənlər
Ssenari müəllifi : Eldəniz Quliyev
Quruluşçu rejissor : Leyla Ardı »

FilimlerKuklalar (film, 2010)

[color=#fe5e5e]Məzmun
Filmdə hadisələr 80-ci illərin sonları 90-cı illərin əvvəllərində Bakıda cərəyan edir. SSRİ-nin son günlərində dənizkənarı parkda kukla işləyən altı gənc dost yetişkin həyata ilk addımlarını atır. Daha sonra basqınla üzləşən canlı kuklalar seçim arasında qalırlar. Həmin gənclərin bir qismi müharibədə savaşmağa, digər qismi isə öz əvvəlki peşələri ilə məşğul olmağa üstünlük verirlər.
[redaktə]
Film haqqında
Filmin orijinal ssenarisi üzərində iş 2005-ci ildə başlayıb və 2 ildən sonra tamamlanmış variant Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunub. Film 2007-ci ildə istehsalata buraxılıb. 2007-ci ilin oktyabr ayından çəkilişlər başlanmışdır.
Filmdə əsas rolları orta məktəb şagirdi və tələbə olan 6 gənc oynayır. Bu altı gənci seçmək isə asan olmamışdır. Ardı »

FilimlerYaramaz (film, 1988)

Məzmun
Hətəm (Mamuka Kikaleyşvili) kimi cavan oğlanı həyatda işi düz gətirməyən adam adlandırırlar. Sadəlövhlüyü ucbatından belələri "işgüzar" adamlar tərəfindən lağa qoyulur. Hər tərəfdə alver gedir, oğurluq edilir, sövdələşmə aparılır. İş icraçısı (Muxtar Maniyev) yeni tikilən evin materiallarını satır, nazirin sürücüsü (Mənsur Məmmədov) şəxsi işi üçün onun adından istifadə edir. Hətəm onunla edilən şit zarafatlardan təngə gəlib, "ağıllanmağı" qərara alır. Və çox qısa müddət ərzində ağlasığmaz müvəffəqiyyətlər qazanır. O, fəhləlikdən suvenir fabrikinin direktoru vəzifəsinədək yüksəlir. Eyni zamanda "işgüzar" adamlara xas olan keyfiyyətlərə yiyələnir. Yalançılıq, amansızlıq, satqınlıq onun iliyinə işləyir. Nəticədə...Hətəm dünyanın sahibi olur. Bu hakimiyyəti ona pul verir, pul da onun qəlbinin təmizliyini Ardı »

FilimlerMəzmun Film bu günümüz üçün aktual olan bir mövzuya həsr edilib. Filmdə Qarabağ müharibəsi bir uşağ

Məzmun
Filmdə Bakıdakı 3 saylı peşə-texniki məktəbdən, burada respublikamızın mətbəələri üçün poliqrafçıların hazırlanmasından söhbət açılır. Filmin çəkilişləri məktəbdə, linotipçilərin emalatxanalarında, məktəbin məzunlarının işlədikləri "Qırmızı Oktyabr", "Azərnəşr" poliqrafiya birliklərində, "Kommunist" nəşriyyatında aparılmışdır.
[redaktə]
Festivallar və mükafatlar
1)1971-ci ildə Bakıda "Xalq Təsərrüfatında Qənaət Uğrunda" istehsalat-texniki mövzuda Respublika həvəskar filmlərinə baxış
Film Azərbaycan Kinematoqrafçılarının, AHİŞ və Azərbaycan Respublikası LKGİ MK-nın III dərəcəli Diplomunu və Mükafatını almışdır.
[redaktə]
Filmin heyəti
[redaktə]
Film üzərində işləyənlər
Rejissor : Kamil Mirzəyev
Ssenari müəllifi : Əli İsmayılov, Sofiya Yaqubova
Operator : Kamil Mirzəyev
Səs operatoru : Vladimir Savin Ardı »

FilimlerBir ilin əhvalatı (film, 2003)

Məzmun

Film bir polis əməkdaşının həyatı barədə etüddür.
[redaktə]
Filmin Heyəti
[redaktə]
Filmin üzərində İşləyən
Quruluşçu rejissor : Kamran Qasımov
Quruluşçu operator : Məzahir Əzimov
Ssenari müəllifi : Turan Səlimova Ardı »

FilimlerƏndəlüs köpəyi (film, 1929)

"Əndəlüs köpəyi" (fr. Un chien Andalou) — rejissor Luis Bunyuelin filmi.Mündəricat [gizlə]
1 Məzmun
2 Film haqqında
3 Filmin heyəti
3.1 Film üzərində işləyənlər
3.2 Rollarda
4 Xarici keçidlər
4.1 Video
4.1.1 İzlə

[redaktə]
Məzmun

Filmin başlanğıcında orta yaşlı bir kişi ülgücü itiləyir, eyvana çıxır, bütöv olan aya baxır. Sonra isə o, həmin ülgüclə kresloda əyləşmiş qızın gözünü kəsir. Elə bu zaman da nazik buludlar ayın dairəsini kəsib keçir.

Daha sonra ekranda ortasında deşik olan əl görünür. Həmin deşikdən qarışqalar çıxır. Sonra isə kişinin özü ilə üstündə ulaq ölüsü və iki keşiş bağlanmış iki royalı çəkib aparması, bir adamın o birinə atəş açması, qadın və kəsilmiş əl və Ardı »

FilimlerMəhəbbətin hökmü (film, 1998)

Məzmun
Film küçə qadınının (Naibə Allahverdiyeva) həyatından bəhs edir.
[redaktə]
Film haqqında
Film aktrisa Naibə Allahverdiyevanın sifarişi ilə çəkilmişdir.
Film Azərbaycan kinosunda ata və oğlunun rejissor, ssenari müəllifi, aktyor və bədii rəhbər kimi birgə çəkdiyi ilk filmdir.
Elnur Mehdiyevin diplom işi olan bu filmin çəkilişi çox az bir müddətə başa gəlmişdir və rejissorun kinoda ilk işidir.
Ədəbi ssenarinin yazılışı zamanı 2 seriya üçün nəzərdə tutulsa da, sonda 1 seriya ilə kifayətlənilmişdir.
Film türk yazıçısı Suat Dərvişin "Fosforlu Cevriyə" əsəri əsasında çəkilib.
Əsərdə hadisələr İstanbulda cərəyan edir. Ancaq filmdə hadisələr qeyri-müəyyən bir yerdə baş verir.
[redaktə]
Filmin heyəti
[redaktə]
Film üzərində işləyənlər
Əsərin müəllifi : Suat Dərviş
Ssenari müəllifləri : Mirzəağa Atəş, Elnur Mehdiyev
Quruluşçu rejissor : Elnur Ardı »