Filimler → Bu, həqiqətin səsidir. Bəstəkar Qara Qarayev (film, 1968)
Məzmun
Tammetrajlı sənədli film dövrümüzün ən böyük sənətkarı, SSRİ xalq artisti, Lenin Mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin həyat və yaradıcılıq yollarına həsr olunmuşdur
Filmdə onun əsərləri səslənir, bəstəkar haqqında müasirləri danışırlar. Burada bəstəkarın daxili aləmi, onun yaradıcılıq laboratoriyası, özünəməxsus iş üsulu, pedaqoji fəaliyyəti əks olunmuşdur. Onun özünün söhbətləri, anası Sona xanımın çıxışı da filmə daxil edilmişdir.
Film-essedə Qara Qarayevin ən həyəcanlı anları-onun iş zamanı musiqi aləminə uyuduğu vaxtlar "gizli kamera" ilə çəkilmişdir.
Filmin ən təsirli epizodlarından biri Q. Qarayevin skripkaçalan L. Koqanla məşq etməsi səhnəsidir. Bu, iki böyük sənətkarın çox mühüm yaradıcılıq apofeozudur.
[redaktə]
Festivallar və Mükafatlar
1)1969-cu ildə Kiyevdə III Zaqafqaziya və Ardı »