Azərbaycanın müharibələri → Rafiq Orucov (şəhid)
Həyatı[redaktə]
aprel 1972-ci ildə Laçın rayonunun Fərraş kəndində doğulmuşdur[1]. Orta məktəbi bitirmiş və 1989-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunun axşam şöbəsinə daxil olmuşdur. Oxuduğu müddətdə Leytenant Şmidt adına zavodda işləmişdir. 1990-cı ildə hərbi xidmətə yollanmış, əvvəlcə Almaniya Demokratik Respublikasında, sonra isə Moskvada xidmət keçmişdir. Daha sonra Bakıya qayıtmış və könüllü olaraq Milli Ordu sıralarına daxil olmuşdur. 1992-ci ildə Bakı şəhəri ətrafındakı hərbi hissələrdən birində xidmət etmişdir. Xocalı, Goranboy rayonlarında gedən döyüşlərdə iştirak etmişdir. 1993-cü ildə ona kiçik leytenant rütbəsi verilməklə Füzuli-Cəbrayıl uğrunda gedən döyüşlərə göndərilmişdir. 1994-cü il fevralın 10-da mühüm əməliyyatı yerinə yetirərkən snayper gülləsindən qəhrəmancasına həlak olmuşdur. Meyiti iki gün Ardı »