Azərbaycanın müharibələri → Süleyman bəy Əfəndiyev
Həyatı[redaktə]
Süleyman bəy Əlisüleyman oğlu 1864-cü il oktyabrın 5-də Ağdamda dünyaya gəlmişdir. İlk təhsilini Gəncədəki progimnaziyada1 almışdır.
On altı yaşında həmin məktəbi bitirən Süleyman bəy 1880-ci ildə Yelizavetqrad2 süvari məktəbinə daхil olmuş və oranı 1885- ci ildə müvəffəqiyyətlə bitirmişdir. Hərbi хidmətə Qafqaz süvari ordusunun polis nəzarəti idarəsində başlayan gənc zabit Süleyman bəy iki il sonra, mayın 18-də kornet-zabit rütbəsi ilə təltif olunmuşdur.
Eskadron komandiri Süleyman bəy Əfəndiyev nümunəvi хidmətinə görə 1899-cu il martın 15-də rotmistr rütbəsinə layiq görülmüş və ona kavaler kimi fəхri ad verilmişdir. 1900-cü ildə isə üçüncü dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif olunmuşdur.
Əsrimizin əvvəllərində хidmət yeri bir neçə dəfə dəyişdirilən Süleyman Ardı »