Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanın müharibələri‎Natiq Məmmədov (milli qəhrəman)

Həyatı[redaktə]
11 may 1975-ci ildə Zaqatala rayonunun Əli Bayramlı kəndində anadan olmuşdur. 1990-cı ildə kənd orta məktəbinin səkkizinci sinfini bitirdikdən sonra Qax rayonundakı 3 saylı texniki-peşə məktəbində təhsilini davam etdirir. 1993-cü ildə Milli Ordu sıralarına çağırılır.

Döyüşlərdə iştirakı[redaktə]
Natiq Məmmədov bir müddət təlim keçdikdən sonra döyüşlərdə iştirak edir. Natiq Füzuli, Ağdam, Tərtər cəbhələrində döyüşlərdə iştirak edtmişdir. 1994-cü il 4 oktyabr tarixində silahlı dəstə dövlət çevirilişinə cəhd etdi. Onlara xəbərdarlıq edilsə də silahı yerə qoymadılar. Dəstənin zərərsizləşdirilməsi zamanı Məmmədov Natiq dövlətçiliyimiz uğrunda canını qurban verdi.

Ailəsi[redaktə]
Subay idi.

Milli Qəhrəman[redaktə]
Azərbaycan Resublikası prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 saylı fərmanı ilə Məmmədov Natiq Bəşir oğlu ölümündən sonra “Azərbaycanın Ardı »

Azərbaycanın müharibələri‎Cəmil Niftəliyev - Döyüşlərdə iştirakı

Vətənin dar günləri idi...Cəmil könüllü olaraq cəbhəyə göndərilməsini xahiş etdi və 10 mart 1992-ci il tarixdən onun döyüş yolu başladı. Cəmil peşəkar atıcı olduğu üçün erməni quldurlarını ağır itkilərə məruz qoyurdu. Ağdamda rəşadətlə vuruşan Vətən oğlu tezliklə cəbhədə hörmət qazanmışdı. 1992-ci il 29 mart Ağdamın Şelli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak oldu.

Ailəsi[redaktə]
Subay idi.

Milli Qəhrəman[redaktə]
Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Niftəliyev Cəmil Səmədxan oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Qaradağ rayonundakı 233 saylı məktəb və Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən gəmisi qəhrəmanımızın adını daşıyır. Ardı »

Azərbaycanın müharibələri‎Vaqif Qurbanov (təyyarəçi)

Vaqif Qurbanov — Azərbaycan təyyarəçisi; Qarabağ müharibəsi şəhidi.

Vaqif Qurbanov 1967-ci ildə anadan olub. 1989–cu ildə Borisoqlebsk Ali Hərbi Təyyarəçilik Məktəbini bitirib[1].

SSRİ Hərbi Hava Qüvvələrində zabit kimi xidmət edib[2].

8 aprel 1992–ci ildə Qurbanov Sitalçay hərbi aerodromundan burada xidmət edən azərbaycanlı hərbçilərin köməyi ilə Su-25 markalı hərbi təyyarəni Azərbaycan tərəfinə keçirir. Təyyarə Yevlax mülki hava limanında enir. Rusiya hökuməti təyyarənin qaytarılmasını tələb etsə də, təyyarə Yevlax hava limanında qalır. Rusiya müdafiə nazirliyi SU-25 təyyarəsini məhv etmək üçün hətta Gürcüstanda yerləşən Vaziani hərbi bazasında iki ədəd MiQ-23 təyyarəsindən ibarət xüsusi dəstə yaradır. Ancaq istəyinə nail ola bilmir.

Vaqif Qurbanov 8 may 1992–ci il tarixindən hərbi Ardı »

Azərbaycanın müharibələri‎Xaqani Qocayev

Həyatı[redaktə]
Xaqani Qocayev 21 avqust 1974-cü ildə Qərbi Azərbaycannın, Çəmbərək rayonunun Gölkənd kəndində anadan olmuşdur.

22 avqust 1992-ci ildə Şəmkir RHK-ndan Milli orduya çağırılmışdır.

Sıravi əsgər 952-ci hərbi hissənin avtomatçısı Xaqani Qocayev Tərtər rayonunda hərbi xidmətdə olmuşdur.

Xaqani Qocayev 13 yanvar 1994-cü ildə Tərtər rayonunda döyüş zamanı həlak olmuşdur.

Şəmkirdə dəfn olunmuşdur. Ardı »

Azərbaycanın müharibələri‎Almara Nəbiyeva

Həyatı[redaktə]
Nəbiyeva Almara Vəzir qızı 1963-ci il aprelin 5-də Ağdam rayonunun Gülablı kəndində anadan olmuşdur. 1970-ci ildə Ağdam rayon Gülablı kənd orta məktəbinə getmiş, 1980-ci ildə həmin orta məktəbi bitirmişdir. 1981-1982-ci illərdə Ağdam şəhəri 70 №-li texniki peşə məktəbində təhsil alıb. 1983-1987-ci illərdə Ağdam rayonu Gülablı sanatoriyasında işləyib.

1991-ci ildə BDU-nun filologiya fakültəsinə qəbul olmuş, 1997-ci ildə universiteti bitirmişdir.

1999-2008-ci illərdə AMEA-nın müxbir üzvü, professor A.M.Nəbiyevin elmi rəhbərliyi altında folklorşünaslıq ixtisası üzrə “Müasir dövr aşıq yaradıcılığı (Qarabağ aşıq mühiti materialları əsasında)” namizədlik dissertasiya mövzusu üzərində işləmiş, 10 oktyabr 2012-ci ildə dissertasiya işini AMEA-nın Folklor İnstitutunun Müdafiə Şürasında müdafiə etmişdir.

1999-2004-cü illərdə Folklor kafedrasının dissertantı olan Ardı »

Azərbaycanın müharibələri‎Bəxtiyar Əliyev

Həyatı[redaktə]
Bəxtiyar Əliyev 1961-ci il mart ayının 20-də Ağdam şəhərində dünyaya gəlmişdir. 1979-cu ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Psixologiya fakültəsinə daxil olmuşdur. 1983-ci ildə həmin fakültəni bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Psixologiya və pedaqogika kafedrasında təyinatla əmək fəaliyyətinə başlamışdır. 1989-cu ildə fəlsəfə sahəsində "Millətlərarası ünsiyyət sosial-psixoloji təhlilin obyekti kimi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fəlsəfə elmləri namizədi, 1998-ci ildə isə psixologiya elmləri üzrə "Cinayət və mülki prosesdə məhkəmə-psixoloji ekspertizası problemləri" adlı doktorluq dissertasiyasını müdafiə edərək psixologiya elmləri doktoru elmi dərəcəsi almışdır. 2000-ci ildən psixologiya elmləri üzrə professordur. Keçmiş SSRİ-də məhkəmə-psixoloji ekspertizasının ümumi nəzəriyyəsini işləyib hazırlayan ilk tədqiqatçı alimlərdən biridir. Ardı »

Azərbaycanın müharibələri‎Kərkicahanın işğalı

İşğalı[redaktə]
1989-cu ildən başlayaraq Xankəndidən azərbaycanlı əhalisi deportasiya olunur. Bir neçə min nəfər əhali isə işğal gününədək Kərkicahanda qalır və ermənilər tərəfindən zor tətbiqinə məruz qalır. Əhali gizlincə Malıbəyli tərəfdən Ağdama, Şuşaya və Bakıya gəlir. Ermənilərin başlarına gətirdiyi oyunları deyirdilər (əhali qazsız, susuz, işıqsız idi, digər ərazilərlə rabitə yox idi, köməklik etmirdilər). Həmin insanların bir çoxu erməni pusqusuna düşür və işgəncə ilə öldürülür.

Xankəndi vətəndaşı olan Leyla Məmmədova adlı bir şəxs deyib:

"1990-cı ildə mən kolxozda işləyirdim və Kətükdən Xankəndiyə gəlirdim. Yolum Quşçulardakı erməni pusqusundan keçirdi. Orada erməni əsgərləri bir qızın başını kəsmiş, digərini isə asmışdılar."[Mənbə göstərin]

1991-ci il dekabrın 29-u gecə saat 22:00. Ermənilər Ardı »

Azərbaycanın müharibələri‎Sadiq Xəlilov

Həyatı[redaktə]
Sadiq Xəlilov 20 aprel 1950-ci ildə Ağdam şəhərində anadan olmuşdur. 1966-cı ildə Ağdam şəhər 2 saylı beynəlmiləl orta məktəbi başa vurmuşdur.

1966-cı ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuş və 1971-ci ildə universiteti bitirmişdir.

Universiteti bitirdikdən sonra təyinatla Ağcabədi rayonunun Boyad kənd orta məktəbində fizika müəllimi işləmişdir.

Sadiq müəllim 1972-ci ildən 1982-ci ilə qədər Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinin “Ümumi fizika” kafedrasında laborant, baş laborant və baş elmi işçi vəzifələrində çalışmışdır.

1979-cu ildən fizika-riyaziyyat elmləri namizədidir.

Sadiq Xəlilov 1982-ci ildən 2000-ci ilədək Azərbaycan Texniki Universitetinin Fizika kafedrasında dosent vəzifəsində çalışmışdır.

2000-ci ilin avqustundan hal-hazıra qədər Sumqayıt Dövlət Universitetində tədris hissəsinin müdiri, 2006-cı ildən isə həm də Ardı »