Aktyorlar → Əhməd Qəmərlinski
[color=#fe5e5e]Əhməd Qəmərlinski — Aktyor.
[redaktə]
Həyatı
Əhməd Haşım oğlu Qəmərlinski (Məlikov) 1880-ci ildə Bakıda anadan olub. İçərişəhərdə boya-başa çatan Əhməd Məlikov Sultanməcid Qənizadənin məktəbində təhsil alıb. Səhnəyə ilk dəfə 1906-cı ildə Balaxanıda həvəskar aktyorların hazırladığı "Adı Var, Özü Yox" (N.B.Vəzirov) tamaşasında çıxıb. Sonralar "Nicat" Cəmiyyətinin nəzdindəki teatr truppasının aktyoru olub. 1908-ci ildən etibarən Azərbaycanın bir sıra kənd və rayonlarını gəzib, ən ucqar guşələrdə aktyor dostları ilə birlikdə çıxışlar edib. 1924-cü ildən Bakı Azad Tənqid Təbliğ Teatrının aktyoru və rejissoru olub. Qəmərlinski ləqəbini ona Hüseyn Ərəblinski verib. Qəmərli kəndindən qastroldan qayıdarkən dostuna Qəmərlinski təxəllüsünü təklif edib və Əhməd həyatının sonunadək bu familiyanı daşıyıb. Əhməd Qəmərlinski Ardı »