Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

AktyorlarArnis Litsitis

Aktyor
[redaktə]
Həyatı

Arnis Alfredoviç Lisitis 8 yanvar 1946-cı ildə anadan olub.

Latviya Dövlət Konservatoriyasnın aktyorluq fakültəsində təhsil alıb (1970).

Milli Teatrda, Valmir Teatrında, Riqa Gənc Tamaşaçılar Teatrında, 1996-cı ildən Rus Dram Teatrında çalışıb. Musiqi ilə məşğuldur.

150-dən çox filmə çəkilib.
[redaktə]
Filmoqrafiya
Heydər Əliyev (film) Ardı »

AktyorlarNadir Xasıyev

Xasıyev Nadir Şənbə oğlu - aktyor.Mündəricat [gizlə]
1 Həyatı
2 Filmoqrafiya
3 Mənbə
4 Həmçinin bax

[redaktə]
Həyatı

Nadir Xasıyev 1961-ci ildə 24 dekabr tarixinde Ağsu rayonun Bico kəndində ziyalı ailəsində anadan olub. 1984-cü ildə İncəsənət İnstitutunun musiqi komediya aktyoru fakültəsini, 1998-ci ildə isə Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının vokal şöbəsini bitirib. Bir müddət Sumqayıt Dövlət Musiqili Dram Teatrında aktyor işlədikdən sonra 1993-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət olunub. Sumqayıt teatrında səhnə sənətinin sirlərinə vaqif olan, bir sıra maraqlı obrazları ilə özünə tamaşaçı rəğbəti qazanan N.Xasıyev, işgüzarlığı, gərgin əməyi, məlahətli səsi sayəsində musiqili komediya janrının tələblərinə tez alışmış, tearda aparıcı aktyorlar sırasına yüksəlmişdir. N.Xasıyevin Ardı »

AktyorlarƏlican Əzizov

Əlican Əzizov — Aktyor. Filmlərdə iştirak edən.
[redaktə]
Həyatı

Əlican Süleyman oğlu Əzizov 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Dram və kino aktyoru" fakültəsini bitirmiş, 1975-1996-cı illərdə Gəncə Dövlət Dram teatrında fəaliyyət göstərmişdir. Bu illər ərzində o, zəngin yaradıcılıq təcrübəsi toplayaraq, saysız-hesabsız xarakterik, yaddaqalan, orijinal obrazlar yaratmışdır.

1996-cı ildən Gəncə Dövlət Nizami Poeziya Teatrında yaradıcılıq fəaliyyətini davam etdirmiş və 2000-ci ildə Respublikanın Əməkdar Artisti fəxri adına layiq görülmüşdür. Ümumilikdə, ömrünün 30 ilə yaxın müddətini teatr sənətinə həsr etmişdir.

1978-ci ildə o, "Yaradıcı gənclərə baxış" müsabiqəsinin qalibi, 1985-ci ildə Respublikada "Ən yaxşı kişi rolunun ifaçısı" olmuşdur.

Ə.Əzizov "Komsomol" poemasında Bəxtiyar, "Vaqif"də Vidadi, "Aydın"da Dövlət bəy, "Almaz"da Fuad, "1905-ci Ardı »

AktyorlarƏlisurət Məmmədov

Filmoqrafiya
Yanmış körpülər (film, 2003)
Ərazi (film, 2005)
Yoxlama (film, 2006)
Cavid ömrü (film, 2007)
Böhtan (film, 2008)
Dolu (film, 2012) Ardı »

AktyorlarEntoni Kuinn

[color=#c238dd]Entoni Kuinn (ing. Anthony Quinn) — Amerika aktyoru.
[redaktə]
Həyatı

Antonio Rudolfo Oahaka Kuinn (isp. Antonio Rudolfo Oaxaca Quinn) 1915-ci ildə Meksika şəhəri olan Çiuauada Meksika inqilabının qızğın vaxtlarında anadan olmuşdur. Onun anası Manuela Oahaka astek tayfasının nümayəndələrindən idi. Atası Fransisko Kuinn isə irland nəslindən idi. Kuinnin uşaqlığı El-Pasoda, Texasda və onun məktəbi qurtardığı Los-Anceles ətrafında keçmişdir. Gənclik illərində o, incəsənət və memarlıqla maraqlanmış və bunları aralarında böyük yaş fərqinə baxmayaraq Frenk Lloyd Raytdan öyrənmişdir.

1930-cu illərin ortalarında Entoni Kuinn aktyorluq fəaliyyətinə başlamış, əvvəl teatrda sonra isə kinoda rollar ifa etmişdir. Onun kinoda ilk işi 1936-cı ildə Harold Lloydun iştirakı ilə çəkilmiş "Süd yolu" komediyasında Ardı »

AktyorlarXəlil Hüseynov

[color=#fe5e5e]Xəlil Hüseynov — Aktyor, Naxçıvan MR Əməkdar artisti
[redaktə]
Həyatı

1967-ci ildən Naxçıvan teatrında aktyor işləyir. Orta təhsillidir.

1999-cu ildə Naxçıvan MR Əməkdar artisti fəxri adına layiq görülüb.

Teatrda işlədiyi müddətdə H.Cavid "İblis"də İxtiyar Şeyx, "Topal Teymur"da Divanbəyi, Ə.Nesin "Ölən adam "da Ölən adam, N.Nərimanov "Nadir şah"da Mirzə Mehdi, N.Həsənzadə "Atabəylər"də Əcəmi, "Pompeyin Qafqaza yürüşü"ndə Feofan, M.S.Ordubadi, S.Rüstəmov "Beş manatlıq gəlin"də Kəlbə Hüseynalı, Ü.Hacıbəyov "Ər və arvad"da Kəlbə Qubad, "O olmasın, bu olsun"da Həsən bəy, Elçin "Mənim ərim dəlidir"də Kişi, C.Məmmədquluzadə "Qurbanəli bəy"də Kəlbə Məmməd Hüseyn, G.Xuqayev "Mənim qaynanam"da Albadam və s. rollar oynayıb.

1999-cu ildə Naxçıvan MR.Əməkdar artisti, 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adlarını Ardı »

AktyorlarƏnvər Əbluc

Ənvər Abbasqulu oğlu Əbluc – Azərbaycan kino rejissoru, ssenari müəllifi, aktyor.
[redaktə]
Həyatı

Ənvər Əbluc 6 yanvar 1947-ci ildə Beyləqanda anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda (1964-1968), Moskvada ÜDKİ-nin rejissorluq fakültəsində təhsil alıb (1968-1973). 1993-cü ildən Dövlət İncəsənət Gimnaziyasında rejissor sənətindən dərs deyir. Dublyaj sahəsində də xidmətləri var. Əməkdar incəsənət xadimidir (2006).

Aktyor Həsən Əblucun qardaşıdır.
[redaktə]
Filmoqrafiya
Ağ atlı oğlan (film, 1995)(tammetrajlı bədii film)
ATU və ya pa ATU nnan (film, 1971)
Balaş və Mədinə (film, 2003)
Bircəciyim (film, 1986)
Buyruq və quyruq (film, 1972)
Cavad Heyət varlığı (film, 2001)
Dad (film, 1984)
Dənizə çıxmaq qorxuludur (film, 1973)
Dərd çox... (film, 1988)
Doğma sahillər (film, 1989)
Eldən soruş (film, 1980)
Firəngiz (film, 1975)
Həmişə təmizlikdə (film, 1985)
Həsən Ardı »

AktyorlarÇarlton Heston

[color=#9690ea]Çarlton Heston (ing. Charlton Heston) — ABŞ aktyoru.
[redaktə]
Həyatı

Çarlton Heston 4 oktyabr 1923-cü ildə anadan olmuşdur. Gələcək aktyor Heston, aktyor sənəti ilə hələ müharibəyə qədər maraqlanmağa başlamış və "Per Günt" həvəskar tamaşasında baş rolu oynamışdı. İkinci Dünya müharibəsi vaxtı Aluet adasında pilot olmuşdur. O, həm də Nyu-Yorkda fotomodel işləmiş və manekençi işləyən gələcək həyat yoldaşı ilə də orada tanış olur. 1948-ci ildə "Antoni və Kleopatra" Brodvey tamaşasında öz debütünü edir.

Çarlton Heston 1950-ci ildə "Qaranlıq şəhər" nuar janrında çəkilmiş triller filmində qisasçı rolunu ifa etmişdi. Bert Lankaster "Dünyanın ən böyük şousu" filmindən sonra (1952) Hestonu Hollivudun irəlidə olan aktyorları sırasına çəkib gətirir. O, Ardı »