Aktyorlar → Elman Rəfiyev
[color=#fe5e5e]Rəfiyev Elman Məmmədrza oğlu – aktyor.
[redaktə]
Həyatı
Elman Məmmədrza oğlu Rəfiyev 19 yanvar 1971-ci ildə doğulmuşdur.
1988-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyoru" fakültəsinə daxil olmuş və 1992-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1998-ci ildə Gürcüstanda Robert Sturuanın beynəlxalq sənətkarlıq kursunda təhsil almış, 2000-ci ildə Bolqarıstanda Sofiya Yay Akademiyasında "Bədənlər və zaman" seminarında iştirak etmişdir. 1992-1994-cü illərdə Dövlət Gənclər Teatrında aktyor işləmişdir. 1994-2000-ci illərdə Bəxtiyar Xanızadənin rəhbərlik etdiyi "Dəli yığıncağı" Pantomima teatr-studiyasında, 2000-ci ildən Dövlət Pantomima teatrında direktor müavini vəzifəsində çalışır, həmçinin aktyorluq fəaliyyətini davam etdirir. O, Əli Əmirlinin "Meydan" (Zabit), R.Əlizadənin "Tıq-tıq" (Cuk), "Laləli düzən" (Abon), Bəxtiyar Ardı »