Gəmiqaya petroqlifləri → Gəmiqaya petroqlifləri
Gəmiqaya petroqlifləri – Kiçik Qafqazın Ordubad dağlarında, Qapıcıq dağının cənub və şərq yamaclarındakı Nəbi yurdunda, Qaranquş yaylaqlarında yerləşən qayalarda çəkilmiş petroqlif-piktoqramlar, Azərbaycan mədəniyyətinin ən qədim nümunələrindən biri. Gəmiqaya rəsmləri 1968 – ci ildən tədqiq olunmaqdadır. Naxçıvan MR Ali Məclisi “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq olunması barədə” 26 aprel, 2001 – ci il tarixli sərəncan qəbul etmişdir.
Arxeoloqlar Qaranquş yaylağında qayaüstü rəsmlərin həkk olunduğu ərazidə Azərbaycanın qədim sakinlərinə aid yurd yerlərinin qalıqlarını aşkara çıxarmış, müəyyənləşdirmişlər ki, Alp çəmənlikləri ilə zəngin olan Gəmiqaya - Qaranquş yaylağı Naxçıvanın qədim sakinlərinin əsas ov məskənlərindən biri olmuşdur. Sonralar isə buralar Araz sahilində, eləcə də Naxçıvançay, Əlincəçay, Gilançay Ardı »