Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gəmiqaya petroqlifləri Tədqiqi

Gəmiqaya rəsmləri 1968 – ci ildən tədqiq edilməkdədir. Tədqiqatlar nəticəsində Naxçıvanın qədim memarlığı üçün səciyyəvi olan, eyni zamanda Gəmiqaya abidələri ilə həmdövr olan digər Yaxşın Şərq abidələrində də müşahidə olunan dairəvi planlı yurd yerləri və qayaüstü rəsmlər aşkara çıxarılmışdır. Yaşayış yerlərində tikililərin divarlarının diametri 5 – 12 m olub, iri və orta həcmli qaya parçalarndan qurulmuşdur. Gəmiqaya yaşayış yerindən aşkarlanmış qədim təsviri sənət əsərlərinin böyük əksəriyyətini heyvan rəsmləri – keçi, maral, öküz, it, bəbir, canavar və s. təşkil edir. Heyvan rəsmləri bir qayda olaraq, tək – tək, qoşa və sürü halına təsvir olunmuşdur. Gəmiqaya rəsmləri kompozisiyalarının sadə və mürəkkəbliyinə, eləcə də, süjetlərinə görə bir – birindən seçilir. Öküz rəsmləri realist üslubda, buynuzları uzun və qövsvari əyilmiş şəkildədir. Öküz qoşulmuş araba təsvirləri də vardır.

İnsan rəsmləri tək halda və kompozisiyalı səhnələrdə verilmişdir. Bəzi insan rəsmləri zoomorfik əlamətlərlə fantastik şəkildə təsvir edilmişdir. Aşkar olunmuş rəsmlər arasında ovçuların ox və kamanla, kəməndlə və s. ilə silahlandığı ov səhnələri. Rəqs səhnələri diqqəti cəlb edir.

Gəmiqayada çox maraqlı piktoqrafik xarakterli rəmzi işarələr – dairələr, dördbucaqlı, üçbucaqlı, çərxifələk (svastika) nişanı və s. həkk olunmuşdur.[4] Bu cür işarələr Naxçıvanda I Kültəpənin e.ə. II minilliyə aid Orta Tunc dövrü təbəqəsindən əldə edilmiş gil lövhə üzərində, boyalı qablar üzərində də cızılmışdır.

Gəmiqaya petroqliflərinin analoji abidələrlə müqayisəli təhlili Azərbaycanın qədim əhalisinin mənəvi mədəniyyəti və incəsənəti haqqında elmi nəticələr söyləməyə imkan vermiş və onların qədim Azərbaycan təsviri sənətinin Naxçıvan mədəniyyətinə aid olduğunu göstərmişdir.


Tarix: 08.01.2015 / 01:28 Müəllif: Feriska Baxılıb: 42 Bölmə: Gəmiqaya petroqlifləri
loading...