Erməni tarixşünaslığında revizionist nəzəriyyə → Arsax toponimi barədə
Arsax toponiminə gəldikdə isə, onun erməni dilinə və Ermənistanın erkən tarixinə heç bir aidiyyəti yoxdur. Ermənistan prezidenti Serj Sarkisyanın Gorusda səsləndirdiyi tezis savadsızlıq dərəcəsinə görə adamı mat qoyur: "Bu yerin erməni adı – Arsax miladdan əvvəl VIII əsrdə təsdiqlənmişdir və bunu Yerevanın təməlini qoymuş I Arqiştinin oğlu II Sarduri təsdiq etmişdir".
Əvvələn, I Arqişti və II Sarduri hay çarları deyil, Urartu çarları olmuşdur. Urartu və hay xalqları müxtəlif xalqlar olmuş və müxtəlif dil ailələrinə aid olan müxtəlif dillərdə danışmışlar. Görünür, Sarkisyan "yeri gəlmişkən" təkcə albanların deyil, həm də urartuluların mədəni-tarixi irsinə tamah salmışdır. İkincisi, bu ad nə münasibətlə birdən-birə erməni adı oldu? Ardı »