Münaqişənin lap əvvəlində Yerevanın başabəla tarixçiləri antik və erkən orta əsrlər dövründə Qafqaz Albaniyası dövlətinin və albanların mövcudluğunu, ümumiyyətlə, inkar etməyə çalışırdılar. Onların bəziləri isə albanları hətta əfsanəvi Atlantida ilə müqayisə edirdi. Bu "tarixçilər" akademik aləmdə pis vəziyyətə düşdüklərini və alimlərin istehza obyektinə çevrildiklərini anlayandan sonra bu vəziyyətdən yetərincə orijinal üsulla çıxmağa cəhd göstərmişlər: onlar Qafqaz Albaniyasının mövcudluğunun danılmaz fakt olduğunu etiraf etsələr də, onun sərhədlərində bir balaca "düzəliş" etmiş və bu sərhədləri ərazi iştahalarının çəkdiyi yerə – Kür çayınadək uzatmışlar.
Haylardan fərqli olaraq, albanlar Arsaxın və Qafqaz Albaniyasının digər əyalətlərinin avtoxtonları idi. Tarixə görə, alban qəbilələri Kürün hər iki sahilində yaşamışlar. A.Y.Krımski çox dəqiq qeyd etmişdir: "Strabon (XI,7, I paraqraf) sağ sahillə sol sahilin əhalisinin eyni qəbiləyə aid olduğunu bilirdi"25. Yuxarıda qeyd olunduğu kimi, Kürün Albaniyadan keçməsini Strabon da (XI, I, 5; XI, III, 2; XI, IV, 2; XI, VIII, 3) açıq-aydın göstərir .
Alban dövləti təxminən eramızdan əvvəl IV-III əsrlərdə yaranmışdır və alban əhalisi ilk dəfə o dövrün hadisələri ilə əlaqədar xatırlanır .
Eramızın I əsrindən Albaniyada Arşakidlər sülaləsinin parfıya nəsli hökmranlıq edirdi. Həm erməni, həm də alban tarixçiləri bu dövr barədə məlumat verərək yazırlar ki, Albaniyanın cənub sərhədləri Araz çayından keçirdi, [30] başqa sözlə, Araz və Kür çayları arasındakı ərazi Alban dövlətinin tərkibinə daxil idi. Qarabağın tarixi torpaqları – Orxistena (Arsax), Savdeya, Otena, Araksenanın bir hissəsi məhz burada yerləşirdi.
Qafqaz Albaniyasını tədqiq edən nüfuzlu Qərb mütəxəssislərindən biri, Oksford Universitetinin professoru Çarlz Douset yazırdı: "Katolikos Con və Tovma Arkruni Boqa Əl-Qabirin 854-cü ildə götürdüyü əsirlər arasında üç alban knyazının: knyaz Xaçena Atrnersex, Smbatın oğlu knyaz Şaki Saxl və Arsaxda Ktişa knyazı Esay Abu Musanın olmasını xatırlayırlar" .
Bir ildən sonra alim yazmışdı: "Albaniyada Arsaxın qədim hissəsi olan Xaçen müstəqilliyini qoruyub saxlamışdı. Məlumdur ki, Mxitar həm də knyaz Vaxtanqın xahişi ilə qanunlar məcəlləsi tərtib etmişdi" [32]. Qafqazşünas V.F.Minorski yazırdı ki, indiki Azərbaycan SSR-in ərazisi təxminən qədim Qafqaz Albaniyasına uyğun gəlir Minorsky Vladimir. Caucasica IV, Bulletin of the School of Oriental and African Studies, University of London, Vol. 15, No. 3. (1953), p. 504.
Müstəqil Alban dövlətinin süqutundan sonra Azərbaycan coğrafi və siyasi anlayışının bir hissəsi olan Qarabağ Sacilər Azərbaycan dövlətinin, X əsrdə Salarilər dövlətinin tərkibinə daxil idi, XI-XII əsrlərdə Şəddadilər dövlətinin, XIIXIII əsrlərdə Qarabağ Atabəylər-Eldəgizlər dövlətinin bir hissəsi olmuşdur. Sonralar o, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tərkibinə, XVI-XVII əsrlərdə Qarabağ bəylərbəyliyinin tərkibində olan Qarabağ Səfəvilər türk dövlətinin tərkibinə daxil olmuşdur. Qarabağ XVIII əsrin ikinci yarısında Qarabağ xanlığının tərkib hissəsi olmuş və elə onun tərkibində də XIX əsrin əvvəllərində Rusiyaya birləşdirilmişdir.
Tarix: 08.01.2015 / 01:05 Müəllif: Feriska Baxılıb: 33 Bölmə: Erməni tarixşünaslığında revizionist nəzəriyyə