Dərbənd qalası → Dərbənd qalası Tədqiqi
Əl-İdrisi əl-İstəxridən və İbn Havqəldən iqtibasla Bab əl-Əbvab limanşəhərini belə təsvir edir: "Bab əl-Əbvab Xəzər dənizi sahilində çox böyük şəhərdir. Şəhərin ortasında gəmilər üçün liman vardır. Bu limanın girəcəyində onu hər iki tərəfdən qapayan bəndə kimi iki bina tikilmişdir. Girəcəyə zəncir çəkilmişdir və limanın sahibinin icazəsi olmadan buraya heç kəs nə girə, nə də çıxa bilər. Dərbəndin divarları çox möhkəm daşdan, çiy kərpic və gildən tapılmışdır... Orada böyük miqdarda istehsal edilən kətan parçadan Arran, Ərməniyyə və Azərbaycan əhalisinin üst geyimlərinin altından geydikləri paltarlar tikilir"
XIII əsrin əvvəlinə aid "Əcaib əd-Dünya" əsərində Dərbənd malları arasında rus tacirlərinin şimaldan gətirdikləri qiymətli "qunduz, samur, sincab Ardı »