Cənubi Azərbaycan → Mətbuat
Güney Azərbaycanda mətbuatın əsası ötən əsrdə qoyulmuşdur. Milli hökumətin devrilməsindən 1978-1979-cu illər inqilabına kimi Güney Azərbaycanda ana dilinin mətbuatda işlədilməsi yasaq edilmişdi. Belə ki, göstərilən dövrün müxtəlif illərində Azərbaycanda fars, ingilis və fransız dillərində müxtəlif ideya-siyasi istiqamətli 20-dən artıq qəzet və curnal çap olunsa da türk dilində heç bir mətbuat orqanı mövcud olmamışdır. 1978-1979-cu illər inqilabı ərəfəsində İranda demokratik, o cümlədən türkcə mətbuatın nəşrinə imkan yarandı. İnqilabdan keçən sonrakı illərdə Tehranda, eləcə də Güney Azərbaycanın Təbriz, Urmiya, Ərdəbil, Astara, Miyana, Zəncan, Əhər, Xoy, Maku, Şəbüstər, Muğan, və bu kimi şəhərlərində "Odlar yurdu", "Çənlibel", "Araz", "Molla Nəsrəddin", "Azərbaycan", "Vətən uğrunda", "Oxtay", "Səttar Ardı »