Güney Azərbaycanda mətbuatın əsası ötən əsrdə qoyulmuşdur. Milli hökumətin devrilməsindən 1978-1979-cu illər inqilabına kimi Güney Azərbaycanda ana dilinin mətbuatda işlədilməsi yasaq edilmişdi. Belə ki, göstərilən dövrün müxtəlif illərində Azərbaycanda fars, ingilis və fransız dillərində müxtəlif ideya-siyasi istiqamətli 20-dən artıq qəzet və curnal çap olunsa da türk dilində heç bir mətbuat orqanı mövcud olmamışdır. 1978-1979-cu illər inqilabı ərəfəsində İranda demokratik, o cümlədən türkcə mətbuatın nəşrinə imkan yarandı. İnqilabdan keçən sonrakı illərdə Tehranda, eləcə də Güney Azərbaycanın Təbriz, Urmiya, Ərdəbil, Astara, Miyana, Zəncan, Əhər, Xoy, Maku, Şəbüstər, Muğan, və bu kimi şəhərlərində "Odlar yurdu", "Çənlibel", "Araz", "Molla Nəsrəddin", "Azərbaycan", "Vətən uğrunda", "Oxtay", "Səttar xan bayrağı", "İrəli", "Muştuluq", "Bahari-Azərbaycan", "Ayəndeyi-Azərbaycan" kimi qəzetlər və "Koroğlu", "Birlik", "Azadlıq", "Qardaşlıq", "Varlıq", "Dədə Qorqud", "İnqilab yolunda", "Azərbaycan səsi", "Günəş", "Ülkər", "Yeni yol" kimi curnallar çap edilərək yayıldı. Bu mətbuait orqanlarında İran, o cümlədən Azərbaycan cəmiyyətinin sosial-iqtisadi problemlərinə, onların çətinlik və ehtiyaclarını əks etdirən yazılara çox yer verilirdi. Bununla yanaşı, türkcə mətbuat səhifələrində Azərbaycan xalqının tarixi, onun mədəniyyəti, dili və ədəbiyyatının işıqlandırılması və populyarlaşdırılması da əhəmiyyətli yer tuturdu.
İranın yeni hakim dairələrinin İran İslam Respblikası rəhbərliyinin qeyri-fars xalqların milli demokratik hərəkatlarına mənfi münasibəti 1980-1981-ci illərdə türkcə mətbuat orqanlarının, demək olar ki, əksəriyyətinin nəşrinin dayandırılması üçün başlıca səbəblərdən biri oldu. Bütün bu proseslərdə ana dildində öz çapını davam etdirə bilən yeganə curnal Tehrandadır. Cavad Heyətin redaktorluğu ilə çıxan "Varlıq" curnalı idi. Onunla yanaşı "Fəcri-Azərbaycan", "Ümidi-Zəncan", "Ərk", "Ərdəbil", "Əhrar", "Keyhan" və bu kimi qəzet və curnallar da nəşr olunmağa başladı. Qeyd edilməlidir ki, həmin nəşrlər iki dildə – fars və türk dillərində çap olunur.
Tarix: 08.01.2015 / 00:03 Müəllif: Feriska Baxılıb: 81 Bölmə: Cənubi Azərbaycan