Bakı Müsəlman İctimai Təşkilatları Komitəsi → Yaranması
Komitənin sədri Məmməd Həsən Hacınski, müavini Məhəmməd Əmin Rəsulzadə idilər. Komitənin "Kaspi" qəzetində dərc olunmuş "Müsəlmanlara!" müraciətində onun təşkil olunması səbəbləri izah edilir, müsəlman təşkilatlarının birləşməsinin zəruriliyi vurğulanırdı. Komitə bütün müsəlmanları şəxsi inciklikləri, ixtilafları unudub, milli-siyasi şüarlar ətrafında birləşməyə çağırırdı: "Əldə edilmiş azadlığı qorumaq və ondan məqsədə uyğun surətdə istifadə etmək üçün birləşmək lazımdır".
Müvəffəqiyyəti yalnız "İttihad və təşkilat yolunda" görən Komitənin qarşısına qoyduğu ən yaxın vəzifələrdən biri, özünün proqram məqsədlərini müəyyən etmək üçün ümummüsəlman qurultayını çağırmaq idi. Komitənin qurultay ərəfəsində Qafqaz müsəlmanlarına müraciətində deyilirdi:
Komitə ümummüsəlman qurultayı çağırılmadan, özünün milli-siyasi proqramını irəli sürməkdən imtina edir, lakin millətlərin mənafeyini ən yaxşı təmin edə Ardı »