Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərgüşnasp məbədiAzərgüşnasp məbədi

Azərgüşnasp məbədi — Atropatenanın Qazaka şəhərində yerləşən və zərdüştiliyin əsas məbədlərindən biri olan tarixi abidə. Uzun müddət öz əhəmiyyətini saxlayan məbəd, Bizans imperatoru İraklinin Azərbaycana yürüşü zamanı (623-624) dağıdılaraq qarət edilmişdir. Qazaka şəhərində aparılan arxeoloji qazıntılar zamanı məbədin xarabalıqları aşkar edilmişdir. Ardı »

Azərgüşnasp məbədiTədqiqi

1937-ci ildə aparılan arxeoloji qazıntılar zamanı divar qalıqları aşkar olunmuş, burdan Parfiya və hətta ondan əvvəlki dövrə aid məlumatlar əldə edilmişdir.[1]

Qazaka şəhəri və Azərgüşnasp məbədinin tarixinin müəyyənləşdirilməsində Ələkbər Sərəfraz və M.Kayeni tərəfindən yazılmış "Taxte-Süleyman" adlı kitabın böyük elmi dəyəri var. Burada deyilir: "İran və Almaniya arxeoloqlarının 8 il müddətində apardıqları axtarışlar nəticəsində mühüm tarixi əhəmiyyətə malik olan Azərgüşnasp məbədinin taleyi həll edilmiş oldu."[7] Müəlliflərə görə Təxti Süleymanın əhəmiyyəti iki səbəbə görə diqqəti cəlb edir. Tarixi və coğrafi məlumatlara görə Qazaka şəhəri Azərbaycanın əzəmətli paytaxtı olmuşdur.[8] Məşhur Azərgüşnasp məbədi bu şəhərdə yerləşirdi.[9]

Qədim dövr tarixi ilə məşğul olan bir sıra tədqiqatçılar şəhərin yerini Ardı »

Azərgüşnasp məbədiTarixi

Sasanilər dövrü mənbələrindən biri olan "Karnameyi Ərdəşire Papakan"da həmin dövrün üç adlı-sanlı atəşgahı haqında məlumat verilir. Bu atəşgahlar Azərgüşnasp, Azərfərinbuğ və Azərbərzinmehr məbədləridir. Hər üç məbəd müxtəlif silklərə – hərbiçilərə, kahinlərə və əkinçilərə aid olmuşdur. Bunların tikilməsi tarixini Əhəmənilərdən əvvəlki dövrlərə aid edirlər.[5] Bəzi müəlliflər isə Azərgüşnasp məbədinin tarixini əfsanəvi hökmdar olan Keyxosrovla əlaqələndirirlər. Ümumiyyətlə bütün pəhləvi dilli mənbələrdə Azərgüşnasp məbədi haqqında məlumatlara rast gəlinir.

Dinkordun VII kiatbının müqəddiməsində deyilir: "Şahlıq məqamı Siyavəxşin (Siyavuşun) oğlu Keyxosrova çatdı. O, əzəmətilə cadugər, Turanlı Əfrasiyab (Alp Ər Tunqa) və onun pis niyyətli hökmdarlarına qalib gəldi. Bundan sonra Kərsivəz və onun dünyanı idarə edən qoşunlarına qalib Ardı »

Azərgüşnasp məbədiDağıdılması

İraklinin şəhərdəki əzəmətli binaları, o cümlədən Azərgüşnasp məbədini qarət etməsindən sonra şəhər əvvəlki əhəmiyyətini itirmişdir. Erməni dilli tarixçilər Favstos Buzand və Ananiya Şiraklı və erməni tarixçisi Sebeosun yazdığına görə İrakli Naxçıvanı tutduqdan sonra Qazaka şəhərinə gəlib orda olan Azərgüşnasp (ermənidilli mənbələrdə Vəşnəsp) məbədini dağıtmışdır.

Bizans tarixçisi Mitenli Feofana (750-817) görə Kiçik Asiyada Lidiya şahı Krzesin xəzinəsinə oxşar Azərgüşnasp məbədinin külli miqdarda olan var dövləti bizanslılar tərəfindən qarət edilmişdir. Ardı »

Azərgüşnasp məbədiDini əhəmiyyəti

X əsrin səyyahı Məsər ibn Möhləhilə görə: "Qazakada olan atəşgah əhali arasında müqəddəs sayılmış, Şərqdə və Qərbdə olan atəşpərəstlər öz odlarını buranın odundan alışdırmışdır. Atəşgahın gümbəzində gümüş hilal yapışdırılmışdır. Bir neçə hakimin həmin hilalı qoparması cəhdi baş tutmamışdır. Güman edildiyinə görə bu tilsimdir". Müəllifin yazdığına görə heyrətləndirici cəhət atəşgahın odunun 700 il müddətində fasiləsiz yanması və külünün olmamasıdır.

İran tarixçisi İ.Purdavud qeyd edir ki, Avestanın bir nüsxəsi də Azərgüşnasp məbədində saxlanılmışdır. O, Dinkorda istinad edərək belə bir fikri irəli sürür: "Şübhəsiz, Avestanın bir nüsxəsi Azərbaycanın Şiz (Qazaka) şəhərində olan məşhur Azərgüşnasp məbədində, digər nüsxəsi isə Təxte Cəmşiddə (Persepalis) olan dövlət arxivində saxlanılırdı".

Xurda Ardı »