Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanda vergi və mükəlləfiyyət sistemiSasanılər dövrü - vergi

III-IV əsrin I yarısında bütün Sasani dövlətində olduğu kimi Adurbadaqanda da (Azərbaycan nəzərdə tutulur) əhali sinfi strukturuna görə dörd zümrəyə bölünürdü: 1) kahinlər, 2) döyuşçülər, 3) katiblər, 4) vergi verənlər. Vergi verənlər zümrəsi özündə bütün zəhmətkeş əhalini – əkinçiləri, sənətkarları, eləcə də ticarətlə məşğul olanları birləşdirirdi. Bütün vergi verən zümrənin başında vastarioşan-salar dururdu. Vergi və mükəlləfiyyətlər içərisində ən mühümü qazidağ, maraq və xarq idi. I Xosrovun vergi islahatından sonra qazidağ termini can vergisi mənasında işlənib. Əvvəllər ümumiyyətlə, vergi mənasında olan xaraq termini də elə həmin dövrdə (III-IV əsrlər) torpaq vergisinə aid edilib. Vergilərin başçısı olan xarqbed – Sasani dövlətinin idarə aparatında Ardı »

Azərbaycanda vergi və mükəlləfiyyət sistemiMüstəqillik dövrü - vergi

1991-ci ildən Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra öz müstəqil büdcə və vergi siyasətini həyata keçirməyə başlamışdır. Bu dövr ərzində, məlum olduğu kimi, bir çox qanunlar qəbul edilmiş, vergilərin növləri və dərəcələri, dövlət rüsumları müəyyən edilmişdir. Bazar iqtisadiyyatı münasibətlərinin formalaşması ilə əlaqədar olaraq qanunlarda dəyişikliklər edilmiş və son nəticədə "Vergi Məcəlləsi" qəbul edilmişdir. Ardı »

Azərbaycanda vergi və mükəlləfiyyət sistemiSovet dövrü - vergi

Azərbaycanda SSRİ tərkibində olduğu dövrdə bir sıra vergilər mövcud olmuşdu: əhalidən alınan gəlir vergisi (1943), subaylardan, tək adamlardan, kiçik ailələrdən alınan vergilər (1944), kənd təsərrüfatı vergisi (1953), tikililərdən alınan vergi, torpaq vergisi, nəqliyyat vasitələri sahiblərindən vergilər, kolxoz bazarlarından birdəfəlik rüsum, gömrük və dövlət rüsumu və s. Müharibədən sonra əhalidən tutulan vergilər nisbətən azaldılmışdı. Hərbi vergi (1946) ləğv edildi və subaylardan alınan vergi azaldıldı.

Sov.İKP-nin XXI qurultayı (1959) vergiyə düşməyən minimum gəlirin və vergi güzəştinin genişləndirilməsində əsas rol oynadı. 1975-ci ildən Azərbaycanda aylıq əmək haqqı 70 manat olan fəhlə və qulluqçulardan vergi tutulmurdu. Aylıq əmək haqqısı 71-90-dək olan fəhlə və qulluqçulardan tutulan vergi Ardı »

Azərbaycanda vergi və mükəlləfiyyət sistemiXanlıqlar dövrü - vergi

XVIII əsrin II yarısında Azərbaycanda xanlıqlar dövründə əsas vergini malcəhət (Naxçıvan və Şirvan xanlıqlarında bu vergi bəhrə adlanırdı) təşkil edirdi. Müxtəlif xanlıqlarda onun həcmi 1/10-lə 1/3 arasında tərəddüd edirdi. Feodallar otlaqlardan istifadə müqabilində rəiyyətdən çopbaşı adlı əlavə vergi alırdılar. Kəndli bağlarından toplanan bağbaşı adlı vergi məhsulun 1/10-ni təşkil edirdi. Kəndlilərdən toypulu da alınırdı. Əgər toy kəndlinin ailəsində olurdusa, onda o bəyə toyxərci verməli idi. Toy bəyin ailəsində olurdusa, onda bəy kəndlidən toy pulu tələb edirdi. Hər bir kəndli həyətindən otaqxərci deyilən vergi də yığılırdı. Kəndli xanın atları üçün arpa verməli idi. Bu vergi at arpası adlanırdı. Rəiyyət tez-tez öz hesabına xanın Ardı »

Azərbaycanda vergi və mükəlləfiyyət sistemiAzərbaycan Cümhuriyyəti dövrü

Azərbaycan Cümhuriyyətinin ilk illərində dövlətin maliyyə vəziyyəti çox ağır idi. Siyasi sabitsizliyin, işsizliyin, manatın alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə əlaqədar olaraq dövlət vergi siyasətinin formalaşmasına yardım edən qanunlar paketi hazırladı. İlk vaxtlar bu sahədə iş keçmiş Rusiya imperiyasının müvafiq qanunlarına düzəlişlər və əlavələr edilməklə məhdudlaşdırıldı, sonralar isə müxtəlif vergilər haqqında ayrı-ayrı qanunlar qəbul edildi. Bu zaman parlament başlıca olaraq ənənəvi vergi sistemindən istifadə edirdi və xəzinənin ehtiyaclarının ödənilməsində dolayı vergilər – inhisar yığımları, gömrük vergiləri və aksizlər mühüm rol oynayırdılar. Vergilər ağır olduğunda siyasi partiyalar (Müsavat partiyası başda olmaqla) dolayı vergilərin ləğv edilməsini və mütərəqqi gəlir vergisinin tətbiq edilməsini istəyirdilər. Lakin Ardı »

Azərbaycanda vergi və mükəlləfiyyət sistemiAzərbaycanda vergi və mükəlləfiyyət sistemi

Azərbaycanda vergi və mükəlləfiyyət sistemi — Vergilər müəyyən edilmiş qanun çərçivəsində təsərrüfat subyektlərindən və əhalidən dövlət tərəfindən alınan icbari ödənişlərdir. Vergilər dövlətin yarandığı gündən cəmiyyətdə iqtisadi münasibətlərin zəruri həlqəsini təşkil edir. Vergilərin mövcudluğu ilkin ictimai istehlak ilə əlaqədardır. Dövlət quruluşunun inkişafı və dəyişməsi ilə əlaqədar olaraq vergi sistemində də dəyişikliklər baş verir. Müasir sivilizasiyalı cəmiyyətdə dövlət gəlirlərinin əsas formasını təşkil edir. Vergi mexanizmindən dövlətin cəmiyyətə iqtisadi təsiri üçün istifadə edilir. Tarixi keçmişimizə nəzər salıb, Azərbaycan dövlətinin vergi sisteminin və o dövrdə mövcud vergi və mükəlləfiyyətlərinin dövlət xəzinəsinə və əhalinin həyat səviyyəsinə təsirini təhlil edək. Ardı »

Azərbaycanda vergi və mükəlləfiyyət sistemiSəfəvilər dövrü - vergi

XVI-XVII əsrlərdə Azərbaycan kəndlisi aşağıdakı vergiləri və mükəlləfiyyətləri ödəyirdi: torpaq və gəlir vergisini – malcəhət, bəhrə, xərac – natura ilə ümumi məhsulun 1/5, 1/3 hissəsini təşkil edirdi. Bu vergi sahibkar ilə dövlət arasında bölünürdü. Birinciyə 1/10, ikinciyə 2/10 hissə çatırdı. Bağbaşı – məhsulun 1/10-nə bərabər idi. Çobanbəyi, çöl pulu – örüşdə heyvanları otarmaq üçün alınırdı. Dəh-yek (onda bir) – iri feodal torpaqlarından götürülən gəlirlərin 10 faizi alınırdı. Cüftbaşı – torpağı əkib-becərmək üçün bir cüt qoşqu vasitəsi olanlardan alınırdı. Dəzgahbaşı – hər bir toxucu dəzgahından istehsal edilən məhsuldan alınan vergi idi. İxracat – XVI əsrdə ümumi və müxtəlif vergilərin məcmusu mənasında işlənirdi: Ardı »

Azərbaycanda vergi və mükəlləfiyyət sistemiXilafət dövrü - vergi

Yerli feodal cəmiyyəti üzərində hakim mövqe tutan Xilafət üsul-idarəsi VIII əsrdə ərəblərin işğalı dairəsinə düşmüş bütün becərilən torpaqları müsəlman icmasının mülkiyyəti elan etdi. Bu torpaqlar əsasən, öz rəiyyətlərinə qarşı münasibətdə bütün hüquq və imtiyazlarını qorumuş əvvəlki sahiblərinin ixtiyarında saxlanılır, ərəblər isə bu sahibkarların müsəlman icması xəzinəsinə (beytülmala) boyun olduqları vergilərlə kifayətlənirdilər.

Əsasən silah gücənə ələ keçirilmiş şimallı-cənublu Azərbaycanın tabe edilmiş əhalisi ilə qarşılıqlı münasibətlər işğalçılarla yerli əhali arasında bağlanmış müqavilələrlə tənzimlənirdi. Hər bir belə müqavilə başqa şərtlərlə yanaşı, birdəfəlik və illik vergilərin ödənilməsi təəhhüdü haqqında maddəni də nəzərdə tutur, yerli əhaliyə məxsus torpaqları onun ixtiyarında saxlayırdı. Zimmi, yəni başqa dinə mənsub yerli Ardı »