Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadın dünyasıPaltarınızın rəngi sizin haqqınızda nə deyir?

İşgüzarlıq və rənglər dünyası
Məlum olduğu kimi, işgüzar imicə mühafizəkar və işgüzar geyim tərzi sayəsində nail olmaq mümkündür.Qadinlar.biz bu yazıda işiniz üçün münasib olan qarderobun əsas prinsiplərindən və təməl rənglərdən istifadə haqqında söhbət açacaq.
Əgər maliyyə vəsaitiniz məhduddursa, onda onu kəmiyyətə deyil, keyfiyyətə yönəldin. Dəqiqliklə seçilmiş geyimlər həm işinizin xeyrinə olacaq, həm də şkafınızı lazımsız paltardan azad edəcək. Ustalıqla və keyfiyyətli materiallardan tikilmiş geyimlərdən müxtəlif variantlarda istifadə edəcəksiniz.

Klassik stili seçin
Bu tərz illər ötsə də, yaxşı görünür. Ona görə ki, klassik üslubda tikilmiş geyimlər əbədidir, modanın tendensiyaları kimi dəyişmir. Ciddi, dəyişən dəblərin tendensiyasına uyğun tikilməyən geyimlərin universal elementləri olur. Yaxşı tikilmiş klassik pencəkdən parlaq Ardı »

Qadın dünyasıQadınlara məsləhət! Özünü əks cinsə necə bəyəndirməli?!

"Vizual görüntü xəyanətdə böyük rol oynayır” tendensiyası son illər öz təsdiqin tapmır

"Qadınlar, özünüzə qulluq edin. Gözəl görünün. Kişilərin əksəriyyətinin xəyanətinin səbəbi qadınların özlərinə baxmamasıdır”. Bunlar ən çox eşitdiyimiz sözlərdən biridir. Qadınlar isə bu ifadələri vizual baxımlılıqda görür və özlərinə gözləllik etalonu seçib ona bənzəməyə çalışırlar. Sonra isə həkim nəzarətindən kənar pəhrizlər, bahalı markalı ətirlər, makiyaj ləvazimatları və s. – müəyyən komplekslər yaranmağa başlayır.

Bununla da xanımlar bəylərə daim şübhə ilə yanaşırlar. Qadınlar xəyanətlə rastlaşarkən "o, qadın məndən gözəldirmi? Mənim ondan nə əskiyim var?”, bəylər isə xəyanətlə rastlaşarkən "məni necə aldada bildi? Niyə belə axmaqlıq eləmişəm?” kimi düşünürlər. Yəni qadınlar xəyanətlə üzləşdikləri zaman Ardı »

Qadın dünyasıQadınların yaddaşı daha güclüdür

Qadınların yaddaşı daha güclüdür

Kişilərin yaddaşı qadınınkından daha erkən zəifləyir.

Amerikanın "Mayo Clinic” şirkətinin apardığı araşdırmada qadınların yaddaşının daha güclü olduğu ortaya çıxıb.

30-95 yaş arası 1246 insanın qatıldığı araşdırmada 30 yaşından etibarən yavaş-yavaş, 60 yaşından sonra isə sürətlə balacalaşan beynin yaddaş hissəsinin həcmi incələnib.

Araşdırmaçılar kişilərin yaddaşının 40 yaşından sonra qadınlara nisbətən daha tez zəiflədiyini, 60 yaşından sonra beynin də həcminin daha çox balacalaşdığını bildiriblər.

Onların fikrincə, qadınların yaddaşının yaxşı qalmağına səbəb estrogen hormononun çoxluğudur.
Bundan başqa, beyində Alzheimer xəstəliyi ilə bağlı olan amiloid proteinlərini də araşdıran alimlər qadın və kişidə bu protein miqdarında fərq olmadığını, hamısında amiloid səviyyəsinin 70 yaşından sonra artdığını deyiblər. Ardı »

Qadın dünyasıQadınlar və sirr saxlamaq?

Qadınlar və sirr saxlamaq?

Aparılan araşdırmalar göstərir ki qadınlar sirr saxlamağı həqiqətən də bacarmırmış.

Araşdırmaçılar, qadınların bir sirri öyrənər-öyrənməz onu kiməsə danışmaq üçün yanıb yaxıldıqlarını, apardıqları anketlə üzə çıxarıblar.

İngiltərədə aparılan araşdırmaya əsasən, qadınlar, dedi-qoduda olduqca iştahalıdırlar. Belə ki, onlar eşitdikləri sirri ən çox 47 saat saxlaya bilərlər.

18 ilə 65 yaş arası 3 min qadın üzərində aparılan araşdırmadan əldə edilən nəticəyə görə, təxminən bir sirrin ömrünün 47 saat 15 dəqiqə olduğu məlum olub. Mövzu nə qədər şəxsi, yaxud ümumi olursa olsun qadınların sirr tutma bacarığının olmadığı üzə çıxıb. Ardı »

Qadın dünyasıToy davası edən qızlar oxusun: əməl edin və ərə gedin!

Uzun müddətdir sevgilinizlə bir-birinizi sevirsiniz və artıq onunla bir ailə qurmaq istəyirsiniz?! Ancaq onu da buna razı salmaq üçün bəzi şeylər etmək lazımdır?! Sevdiyi kişiylə tezliklə ailə qurmaq istəyən xanımlar bu məsləhətlərə əməl etsin.

Elə davranın ki, guya evlilikdən ötrü ürəyiniz getmir. Hər dəfə evlilikdən söz açsanız, onu bu fikirdən uzaqlaşdırmış olarsınız. Siz təzyiq göstərdikcə, özü istəsə belə, geri addımlar atmağa başlayar. Bunun yerinə, nə qədər bir-birinizə yaraşdığınızı xatırladın.

Evlənəndə bunu edərik , onu edərik deməyin. Siz hiss etmədən stressə girib, sizdən uzaqlaşa bilər. Qoyun, o danışsın. Hətta o, bu haqda danışanda, elə davranın guya çox əhəmiyyət vermirsiniz. Ancaq ipin ucunu qaçırtmaq da Ardı »

Qadın dünyasıGörüşmə yerinə görə onun xasiyyətini müəyyən edin

Yay mövsümündəki görüşmə fikirləri onun sizin üçün yaxşı bir sevimgili olub olmayacağı haqqında əhəmiyyətli ipucları verir!
Lunapark
Xüsusilə bu isti yay günlərində gün boyu günəşin altında tər içində gəzmək və atışdırmalıq bir şey yemək qulağa çox romantik gəlməsə də bu kişini qaçırmamaq və kefli vaxt keçirmək sizin faydanıza ola bilər.

Açıq hava konserti
Biletləri əvvəldən almış olması gələcəyi əvvəldən planladığını göstərər və bu ona müsbət bal qazandırar. Rəqs etmək istəməsi əyləncəli və hərəkətli bir şəxsiyyətinin olduğunun da əlamətidir. Diqqət yetirməniz lazım nöqtə budur ki, yüksək səsli musiqi söhbət etmənizi çətinləşdirər və buna görə yalnız sizə cəmlənmək əvəzinə özünü musiqiyə qapdırmasına səbəb ola bilər.

Gəzinti
Yalnız sakitçə danışmanın Ardı »

Qadın dünyasıDərinizə uygun geyim seçin

Qəşəng görünmək üçün, dəri rəngi ilə paltarlarda seçilən rənglərin uyğunlaşmasına diqqət etmək lazımdır. Dəri rənginin yanında saç və göz rəngi də bədəninizə uyğun rəngləri təyin edərkən diqqətə alınmalıdır. Əsmər bədənli və qara saçlılar bütün rənglərdə geyimləri yaxşı daşıyarlar. Bir az diqqət çəkmək istəyənlərə ağ ya da qan qırmızısı kimi bədənləri ilə uyğun rənglərdən faydalanmaları təklif edilər. Diqqət edilməsi lazım olan, tunc rənglər kimi dəri rəngini donuq göstərəcək sarımsı tonlardan qaçmaqdır.
Açıq bədənlilər geyim üçün ideal tonlarını təyin edərkən saç rəngləriylə uyğunlaşmaya xüsusi diqqət etməlidir. Açıq bədənli və sarışınlar çəhrayı rənglərə üstünlük verməlidir. Toz çəhrayı, körpə mavisi, əflatun, yaşılın bir çox Ardı »

Qadın dünyasıHər qadına 5 dost

Görəsən, biz qadınlar ömrümüz boyu neçə dosta ehtiyac duyuruq? Hər birimiz bilirik ki, dost olmadan, dostluq hissini dadmadan yaşamaq mümkün deyil. Hər kəsin dosta, dostluğa ehtiyacı olur. Tədqiqatlara görə, hər bir insan uşaqlıq çağlarından etibarən həyatı boyunca ən az beş dosta ehtiyac duyur. Məhz həmin 5 dostun kimliyi və həyatımızdakı əhəmiyyətli rolu haqda yazacağam.

1. Orta məktəb dostu

Evindən, adət etdiyi oyuncaqlarından, valideynlərindən kənar bir dünyaya ilk addımını atan uşağa dost çox lazımlıdır. Dostu sinif yoldaşı olarsa, birlikdə "yad dünyaya” daha tez alışar və çətinlik çəkmədən sıxıntılarından xilas olar. Məhz dostunun da hər gün tezdən oyanıb məktəbə gəlməsini, dərsdən sonra evinə tələsməsini görməsi, Ardı »