Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişi TərziKişi aksesuarlarının mənası

Əziz kişilər, əgər qadınların geyiminə diqqət yetirsəniz, onların günlük geyimlərində belə müxtəlif aksesuarlardan istifadə etdiyini görərsiniz. Qəbul edək ki, bu aksesuarlar onların gözəlliyinə əlavə gözəllik qatır və daha incə, zövqlü görünmələrinə şərait yaradır. Eləcə də bizim üçün olan aksesuarlar düzgün geyimlərlə uyğunlaşdırdığımız halda qarşı tərəfin gözündə eyni cür görünür. Buna görə də bu dəfə geyiminə qarşı xüsusi diqqətlə yanaşan bəylərimizə aksesuarların əhəmiyyəti haqqında danışmaq istəyirik.

•Əvvəlcə başlayaq qol düymələrindən. Bir çoxunun əhəmiyyətsiz hesab etdiyi bu incə detal diqqətlə seçildiyi halda sizin ciddiliyinizə, yaraşığınıza əlavə şıqlıq qatacaq. Əmin olun ki, hətta ən sadə köynəyinizlə uyğunlaşdırdığınız düzgün qol düymələri axşamkı şam yeməyində qarşı tərəfin Ardı »

Kişi TərziKişilər, şərfi belə bağlayın

Yəqin ki, dəfələrlə şərfi boynunuzda gözəl göstərmək üçün əlinizdən gələni etmisiniz. Bəs bilirsiniz ki, bir şərfi müxtəlif formada bağlamaqla onu bütün geyim tərzlərinə uyğunlaşdıra bilərsiniz? Şərfi harada və necə bağlamaq lazım olduğunu bilmək sizin dəb qaydalarına nə dərəcədə bələd olmağınızdan xəbər verir.
Harasa gedən zaman qarşımızda müxtəlif seçimlər olur: qalın, yoxsa nazik şərf? Bu dəfəki məqaləmizdə sizə həm nazik, həm də qalın şarfı ən tez və səliqəli formada bağlamaq üsulu haqqında danışacağıq.
Öncə şərfi 2 qat edib boyuna doğru dolayırıq. Sonra qalan iki hissəni iç-içə keçirir və şərfin aşağı hissəsindən dartaraq onun görünüşünü tarazlayırıq. Bu zaman istəyinizdən aslı olaraq şərfı boynunuza həm çox Ardı »

Kişi TərziQadın kişini necə geyindirməlidir

Qadınlar qədər kişilər üçün də geyinib-keçinmək önəmlidir. Lakin bu sahədə onların qadın köməyinə və dəstəyinə ehtiyacları var.

Kişilərin çoxu qadınlar kimi zövqlü geyinə bilmirlər. Nəyi, necə kombinasiya etməyi bacarmırlar və böyük dəb səhvlərinə yol verirlər. Əsl qadın sevdiyi kişinin geyim-keçiminə fikir verməli, kişi dəbini izləməlidir.

Kəmər və ayaqqabı eyni rəngdə olsun – Kəmərlər və ayaqqabılar qara və yaxud qəhvəyi kimi klassik rənglərdə olmalıdır. Çünki başqa rəngləri kombinasiya etmək çətindir. Amma fərqli görünmək istəyirsinizsə, klassik qara ayaqqabını parlaq tonlarda kəmərlə birləşdirə bilərsiniz. İdman stlini sevirsinizsə, kəmər də idman üslubunda olmalıdır.

Köynəyə uyğun qalstuk – Köynəyin qalstukla uyğunluğu dəbin birinci şərtidir. Qalstuk kişinin stilini əks etdirir. Ardı »

Kişi TərziKişiləri ehtiraslı göstərən geyimlər

Həm kişilər, həm də qadınlar öz geyimləri ilə daha cazibədar görünmək, qarşı tərəfin diqqətini cəlb etmək istəyirlər. Bəs görəsən, qadınların fikrincə, hansı geyimlər kişiləri daha ehtiraslı göstərir? Məqaləni oxuyun və qadınların kişilərdə bəyəndiyi, bəyənmədiyi geyim uyğunluqları ilə tanış olun.

“Men’s Health” jurnalının bu barədə keçirdiyi sorğuya əsasən, qadınlar kişilərin geyim mövzusunda o qədər də zövqlü olmadığını düşünürlər. İndi həmin sorğunun daha dəqiq nəticələri ilə tanış olaq.
Qadınların 44%-i kişilərin geyimlərinin onlara görə böyük olduğunu düşünür, buna görə də geyim seçərkən əyinlərinə tarım oturan paltarlar almağı tövsiyyə edirlər. Yəni, əziz kişilər, qadınlar geyindiyiniz paltarla vücud quruluşunuzu öyrənmək istəyirlər. Zərif cinsin nümayəndələrinin fikrincə, belə geyimlər Ardı »

Kişi TərziQadınları valeh edən kişi saç modelləri

2013- cü ilin iyun ayında Milanda dəblə maraqlanan hər kəsin diqqətini cəlb edən moda həftəsi keçirilib. Moda həftəsi çərçivəsində geyim kolleksiyaları ilə yanaşı, kişilər üçün 2014-cü ilin dəbi sayılan saç modelləri də nümayiş etdirilib. İndi sizə bu moda sərgisində nümayiş etdirilən müxtəlif kəsimli saç modellərini təqdim edirik. Buyurun,əziz kişilər, sizə uyğun olanı seçin. Bəyəndiyiniz modelin sizə yaraşıb-yaraşmayacağı ilə bağlı saç ustanızla məsləhətləşin. Əgər onun da münasibəti müsbətdirsə, niyə də risk edib bu dəyişikliyi sınamayasınız?

Ön uzun, arxa hissə qısa

Salvatore Ferragamoya aid olan bu saç modelinin 2014-cü ilin əsas trendlərindən olacağı özlənilir. Ön hissəsi uzun olan bu saç modeli yan və arxa Ardı »