Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Biznes klassAktiv işləmək üçün bu qidaları seçin

Sərt iş qrafiki, uzun-uzadı davam edən iclaslar istər-istəməz gündəlik qidalanma qrafikimizə təsir edir. Nəticədə gündəlik qida rasionumuza tez başa gələn, amma bir o qədər də zərərli qidaları daxil edir, bunun nəticəsində isə get-gedə əvvəlki görünüşümüzü itirir və kökəlirik. Bu kimi hallarla qarşılaşmamaq üçün əlbəttə ki, iş qrafikinin nə qədər sərt olmasından asılı olmayaraq qidalanmağımıza fikir verməliyik. Bu dəfəki məqalədə sizə iş mühitində daim çəkməcəmizdə saxlamalı olduğumuz çərəzlər haqqında məlumat verəcəyik. Oxuyun və çalışın ki, siz də mümkün olduğu qədər fast-foodlar əvəzinə adıçəkilənlərə üstünlük verəsiniz.

Ərik qurusu
Başda ürək əzələləri olmaqla bütünlüklə əzələ sisteminin və sinirlərin işini sürətləndirir. Nəticədə daha gümrah formada işləməyimizə Ardı »

Biznes klassİş yerinizdə bu qadağalar yoxdursa, şanslısınız

Demək olar ki, əksər iş yerlərinin özünəməxsus qayda-qanunları var, amma bu heç də o demək deyil ki, bütün işçilər bu qaydalarla tam razıdırlar.
Amerikada “İş yerinizdə heç cür razılaşmadığınız qayda hansıdır?” sualı ətrafında keçirilən sorğu aşağıdakı nəticələri üzə çıxarıb. 17 min 456 nəfərin iştirak etdiyi bu sorğu nəticələrinə əsasən, işçilərin lazımsız hesab etdiyi qaydalar aşağıdakı kimi qruplaşdırılıb.

Əsnəmək qadağası
Bu qadağanı irəli sürən müdiriyyət əsməyin yoluxucu olduğunu, bunun digər əməkdaşların iş keyfiyyətinə mənfi təsir etdiyini bildirib.

Qəhvə rəngi geyinmək qadağandır
Bu qadağanın səbəbi kimi isə rəngin iş mühitində xoşagəlməz abu-hava yaratması göstərilib.

Başqasından dərman istəmək
Səbəb: Hər kəs öz qayğısına qalmağı bacarmalı, problemləri ilə digər insanları narahat etməməlidir.

İş Ardı »

Biznes klassİşə yeni başlayanlar üçün qızıl qaydalar

Bəzən uzun illər hansısa bir işin, vəzifənin xəyalın qurur, bu arzumuzu reallaşdırmaq üçün əlimizdən gəldiyi qədər çalışırıq. Arzumuza çatdıqdan sonra isə heç də hər şeyin bizim təsəvvür etdiyimiz kimi olmadığını görür, seçimimizdə yanıldığımızı fikirləşirirk. Bunun səbəbi nələr olur? Öyrəşmədiyimiz iş mühiti, kobud müdir, ciddi iş yoldaşları və .s. Lakin hansı işdə çalışmağınızdam aslı olmayaraq elə qaydalar var ki, onlara əməl etməklə işinizdə çox asnlıqla yüksələ və kənar təsirlərin işin məhsuldarlığına təsir etməsinin qarşısını ala bilərsiniz. Bu qaydalar hansılardır?

1. Müdirinizin xasiyyətini öyrənin
Müdirlə əlaqənizi gücləndirməyiniz heç də yalançı səmimi münasibət qurmaq kimi nəzərdə tutulmamalıdır. İş mühitinə alışmaq istəyirsinizsə, ən birinci şərt işdəki insanların Ardı »

Biznes klassİş müsahibəsinə necə hazırlaşmalı?

Əksər iş yerləri yalnız cv-nizi nəzərdən keçirib sizi işə qəbul etməzlər. Cv göndərmək hələ başlanğıcıdır. İkinci mərhələ cv-nizin işə götürən tərəfindən müsbət qarşılanıb-qarşılanmamasıdır. Əgər bu mərhələni də keçsəniz, növbəti pillə kimi sizi müsahibəyə dəvət edəcəklər. Əmin olun ki, müsahibədə işə götürən tərəf üçün yalnız onların verdiyi sualları doğru cavablandırmağınız kifayət deyil. Bu zaman onlar sizin geyiminizdən tutmuş, əl-qol hərəkətlərinizə qədər hər şeyə fikir verəcəklər. Buna görə də əgər getdiyiniz müsahibələrdən “Biz sizinlə əlaqə saxlayarıq” sözlərini eşidib əliboş geri qayıtmaq istəmirsinizsə, işə götürən tərəfin marağında olan hər incə detala fikir verməlisiniz.

Hər şeydən əvvəl diqqətinizi geyiminizə yönəldin. Unutmayın, “İnsanı geyiminə görə qarşılayıb, ağlın Ardı »

Biznes klass“Microsoft” u səhv çıxaran 5 yaşlı uşaq

Amerika Birləşmiş Ştatlarında yaşayan beş yaşlı uşaq- Kristoffer Von Hassel atasının Xbox Live adresinin parolunu bilmədiyi halda onun hesabına daxil olmağı bacarıb. Bunun üçün isə o hər hansısa xakker proqramından istifadə etməyib. Bəs beş yaşlı bunu necə bacarıb?
O sadəcə olaraq atası kompyuter masasını tərk etdikdən sonra onun kompyuteri ilə oynamağa başlayıb. Bu vaxt dəfələrlə klaviaturadakı boşluq düyməsinə vuran Kristoffer bunun ardınca açılan pəncərədə təsadüfi şriftlərdən istifadə edərək hər hanısa bir parol yığıb və təsdiq düyməsini basıb. Nəticədə isə o özü də nə etdiyini bilmədən atasının Xbox Live adresinə daxil ola bilib. Bundan xəbərdar olan uşağın atası isə Microsoft şirkətinə zəng edərək Ardı »

Biznes klassİş həyatına rəng qatmağın yolları

Gördüyümüz işi nə qədər sevməyimizdən asılı olmayaraq stress altında işləmək hər birimizi yora, işdən bezdirə bilər. Bu kimi hallarla rastlaşmamaq üçün daim işimizə rəng qatmağa çalışmalıyıq. Unutmayaq ki, gün ərzində əhvalımızı idarə etmək bilavasitə özümüzdən aslıdır.
Bunun üçün hər şeydən əvvəl yola çıxarkən əhvalınızı müsbətə kökləyin. Günə yaxşı başlamaq üçün o qədər çox hazırlaşmağınıza ehtiyac yoxdur. Səhər ən sevdiyiniz, amma bir o qədər də rahat geyiminizi geyinib ayna qarşısında özünüzə gülümsəyin. Unutmayın ətrafdakılara təsir etməyin ən asan yolu özünə inanmaqdır. Nə olur olsun, özünüzə inanın. Səhər yeməyindən sonra artıq yola çıxa bilərsiniz. Əgər musiqi dinləməyi sevirsinizsə, yolda ən çox sevdiyiniz pozitiv musiqilərə Ardı »

Biznes klassBu proqram sizi idarə edəcək

Komputer istehsalçısı olan “Dell” şirkəti 2017-ci ildən etibarən yeni proqramlar istehsal etməyə başlayacaq. Bu proqramların ən böyük üstünlüyü isə onların istifadəçinin psixoloji, ruhi vəziyyətini anlaması və buna uyğun davranması olacaq.

“Dell” tədqiqat qrupunun rəhbəri Jai Menon bu yeni proqram və başa taxılan cihazla beyin dalğalarını müəyyənləşdirib istifadəçinin şən, kefsiz, əsəbi yaxud sıxılmış olduğunu anlamağın mümkün olacağını söyləyib. Onun sözlərinə görə, əgər istifadəçi müəyyən bir mövzuya diqqətlə yanaşırsa, bu zaman proqram onun diqqətini yayındıra biləcək şeyləri əngəlləməyə başlayacaq. Məsələn, gələn zəngləri telesekretara yönləndirəcək və.s.

Əgər istifadəçi uzun müddətdir bir işin üzərində çalışırsa və yorulubsa, komputer ona fasilə verməyi tövsiyyə edəcək. Eyni zamanda oyun oynayan Ardı »

Biznes klassVaxtı düzgün bölüşdürməyin yolları

Əziz kişilər, qəbul edək ki, bəzən nə gərgin iş qrafiki, nə də vaxtı idarə etmək bacarığı (time management) haqqında oxuduğumuz kitablar, məqalələlər işlərimizi düzgün planlaşdırmaqda bizə kömək etmir. Nəticədə isə vaxtında yerinə yetirə bilmədiyimiz işlərə görə töhmət alır, sabah görməli olduğumuz işlərin sayını iki qat artırırıq. Bəs vaxtımızı düzgün idarə etmək üçün nə etməliyik?
Bu dəfəki məqalədə sizinlə elə bu barədə danışmaq istəyirik. Bunun üçün sizə fərqli və maraqlı “time management” (vaxtı düzgün idarə etmək) strategiyası təqdim edirik. Bu strategiyanın əsasında standartlardan kənar, motivasiyanızı qaldıracaq məqamlar dayanır. Onu da qeyd edək ki, haqqında danışmaq istədiyimiz bu strategiya hazırda işinin həddindən artıq çox Ardı »