Aratta → Aratta əhalisinin məşğuliyyəti
Zəngin yeraltı faydalı sərvətləri olan Aratta ölkəsinin əhalisi qızıl, gümüş, mis, dağ daşı, qiymətli lacivərd daşı hasil edirdi. Qiymətli metallardan hazırlanmış əşyalar və lacivərd daşı İkiçayarasına ixrac edilirdi. Aratta əhalisi əsasən sənətkarlığın müxtəlif sahələri ilə məşğul olurdu. Burada məbəd və saray tikən, divarlara qiymətli daşlardan naxışlar vuran mahir ustalar vardı. Arattalılar qiymətli metal və daşlardan nadir zinət əşyaları hazırlayırdılar. Qaynaqdan bəlli olur ki, En-Merkar Aratta ustalarının Uruka gəlməsini ilahə İnannadan xahiş edir: "Xanımım İnanna, Aratta adamları qoy mənə qızılı və gümüşü ustalıqla emal etsinlər, təmiz lacivərd parçalarından, qızıl-gümüş qatışığından... Urukda, açıq təpədə sən yaşadığın "Anşan evi"ndə qoy məbəd tiksinlər. İşıqlı Giparın Ardı »