Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Arattada din

Arattada çoxallahlılıq (politeizm), yəni müxtəlif tanrı və tanrıçalara (ilahələrə) sitayiş mövud idi. Qaynaqdan göründüyü kimi Şumerdə bərəkət və məhəbbət ilahəsi hesab edilən İnannaya ibadət geniş yayılmışdı. İnannanın Arattada müqbil adı məlum deyil. Akkadlar bu ilahəni İştar adlandırırdılar. Qaynaqlarda Aratta ilə əlaqədar adı çəkilən digər bir ilahə Lamadır. İlahə Lama Arattanın mühafizəkarı hesab edilirdi. O, sırf Aratta ilahəsi imiş. Şumer tanrısı Dumuzi həmçinin Arattaya himayədarlıq edirdi. Ola bilsin ki, Aratta panteonuna ilahə başçılıq edirdi və nəsli quruluşun qalıqları Arattanın dini dünya görüşündə də öz əksini tapmışdı.


Tarix: 06.01.2015 / 19:34 Müəllif: Feriska Baxılıb: 27 Bölmə: Aratta
loading...