Allah bütün həyatda olan analara cansağlığı,uzun ömür versin. Analarınızın qədrini bilin. Qədrini bilsəydiniz ona lazımınca təşəkkür edərdiniz:
1 yaşınızda sizi əlləri ilə bəslədi və yudu. Bütün gecəni ağlayıb onu oyaq saxlayaraq təşəkkür etdiniz.
2 yaşınızda olarkən sizə yeriməyi öyrətdi. Sizi çağıranda otaqdan qaçaraq təşəkkür etdiniz.
3 yaşınızda ikən sizə xüsusi qayğı ilə yeməklər hazırladı. Boşqabınızı masanın altına tökərək təşəkkür etdiniz.
4 yaşınızda əlinizə rəngli karandaşlar tutuzdurdu. Evin bütün divarlarına şəkillər çəkərək təşəkkür etdiniz.
5 yaşınızda ikən sizi sevimli geyimlərlə bəzədi. Gördüyünüz ilk palçıq yığınına yıxılaraq təşəkkür etdiniz.ana və uşaq6 yaşınızda ikən sizinlə məktəbə qədər yeridi. Küçələrdə "GETMƏYƏCƏƏƏM" deyə ağlayaraq təşəkkür etdiniz.
7 yaşınızda sizə bir top hədiyyə etdi. Qonşunun pəncərəsini qıraraq təşəkkür etdiniz.
9 yaşınızda dualar öyrətdi. Siz hər dəfəsində unudaraq təşəkkür etdiniz.
11 yaşınızda sizi dostlarınızla birlikdə kinoteatra apardı. Sən bizimlə oturma! deyərək təşəkkür etdiniz.
12 yaşınızda ikən ziyanlı TV proqramlarını izləməyinizi istəmədi. O, evde olmayanda hamısını izləyib təşəkkür etdiniz.
19 yaşınızda ikən məktəb xərclərinizi ödədi, sizi məktəbə qədər ötürüb əşyalarınızı daşıdı. Dostlarınız lağ etməsin deyə məktəbin qapısında sağollaşıb təşəkkür etdiniz.
21 yaşınızda iş həyatı və kariyeranızla bağlı məsləhət vermək istədi. "Mən sənin kimi olmayacam" deyərək təşəkkür etdiniz.
25 yaşınızda ikən toy xərclərini ödədi, sizin üçün həm çox sevindi, həm də duyğulandı. Siz başqa bir şəhərə həyat yoldaşı tərəfindən təyin olunub gedərək təşəkkür etdiniz.
30 yaşınızda ikən uşaq saxlamaq haqda sizə öyüd vermək istədi. "artıq bu keçmişdə qalmış üsulları unut" deyərək təşəkkür etdiniz.
40 yaşınızda ikən sizə zəng vurub bir qohumunuzun doğum gününü xatırlatdı. "Ana, işim başımdan aşır" deyərək təşəkkür etdiniz.
50 yaşınızda o, bərk xəstələndi, həftə sonunda onu görməyə getdiyinizdə çox sevindi. Ona yaşlıların uşaq kimi nazlı olduqlarını söyləyərək təşəkkür etdiniz...
...onu hər zamankından daha çox sevin!!! Çünki "Analar" həyatın ən yaxşılarına layiqdirlər!
Tarix: 25.12.2014 / 18:26 Müəllif: Aziza Baxılıb: 126 Bölmə: Xoşbəxt ailə