Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Olimpiya oyunlarıOlimpiya xartiyası

Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya hərəkatı məsələləri üzrə nizamnamə və sənədlər toplusu (əsas məqsədləri, prinsipləri, əsasnaməsi, Olimpiya oyunlarının təşkili və keçirilməsi qaydaları və s.) Pyer de Kuberten tərəfindən təklif olunmuş, Olimpiya xartiyasının əsasları 1894-cü ilin iyununda Parisdə keçirilmiş Beynəlxalq İdman Konqresində təsdiq edilmiş və müasir Olimpiya oyunlarının təşkili və Beynəlxalq Olimpiya Komitəsinin yaradılması haqqında qərar qəbul olunmuşdur. Sonralar Olimpiya xartiyasına bir sıra əlavələr edilmiş, izahlar və təlimatlar tərtib olunmuşdur, lakin Kubertenin işləyib hazırladığı Əsasnamədə bu günə qədər əsaslı dəyişiklik edilməmişdir.
Olimpiya xartiyası 5 bölmədən ibarətdir.
Olimpiya xartiyasının birinci bölməsi Olimpiya hərəkatının əsas prinsiplərinə həsr olunmuşdur. Bu prinsiplər həvəskarlar idmanının əsası sayılan fiziki və mənəvi Ardı »

Olimpiya oyunları1-ci olimpiya oyunları

1896-cı il aprelin 6-da Afinanın Mərmər stadionunda 80 min tamaşaçı qarşısında dünyanın 13 ölkəsindən gəlmiş 311 idmançı qaçış cığırına çıxmışlar. Olimpiya oyunlarında Avstraliya, Avstriya, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Almaniya, Danimarka, ABŞ, Fransa, Çili, İsveçrə, İsveç və Yunanıstandan gəlmiş idmançılar iştirak edirdilər.

1894-cü ildə yaradılmış BOK-da Rusiyadan general A.D.Butovski nümayəndə seçilmişdi. Lakin çar Rusiyası maddi çətinliyə görə bir nəfər də olsa Olimpiya oyunlarına idmançı göndərə bilməmişdi. Buna baxmayaraq, Rusiyadan bir nəfər Afinaya getmişdi. Ancaq bu idmançı yox, hakim olmuşdur. O, Rusiyada yaşayan milliyyətcə yunan olub öz hesabına Yunanıstana gedərək velosiped idmanı üzrə hakimlik etmişdir.

I Olimpiya Oyunlarına 9 idman növü daxil edilmişdi: atletika, yunan-roma Ardı »

Olimpiya oyunlarıQədim olimpiya oyunlarının yaranması

Olimp Yunanıstanda ən yüksək dağ massivi olub, Egey dənizi sahilində yerləşir. Hündürlüyü 2911 m-ə qədərdir. Əhəngdaşı və kristallik yamacları dar dərələrlə kəsişmişdir. Bu dağın həmişə yaşıl kolları, enliyarpaqlı şam meşələri var. Qədim yunan mifologiyasında Olimp müqəddəs dağ, Zevs başda olmaqla allahların məkanı hesab olunurdu. Allahların burada keçirilən məclisi də Olimp adlanırdı.
Bundan əlavə, bir sıra bədii özfəaliyyət kollektivlərinin xalq yaradıcılığı və müsabiqələri, məktəblilər arasında hər hansı bilik sahəsində konkret tapşırıqları daha yaxşı yerinə yetirmək üzrə keçirilən yarışlar (məsələn, riyaziyyat, fizika, kimya, biologiya, fiziologiya və s. fənlər üzrə) da Olimpiada adlanır.
Olimpiya oyunları Qədim Yunanıstanda Olimpiya şəhərində ilk dəfə e. ə. 776-cı ildə Zevsin Ardı »

Olimpiya oyunlarıMüasir olimpiya oyunlarının yaranması

Olimpiya oyunları zəmanəmizin və beynəlxalq idman aləminin ən yüksək zirvəsində durmuş müqəddəs bir ictimai təşkilatdır.
«Bəşəriyyətə işıq və istilik bəxş edən günəşin xeyirxahlığı əvəzsizdir. Insanlara bolluca sevinc bəxş edən Olimpiya oyunlarının da oyunlar arasında tayı bərabəri yoxdur.»(Yunan şairi Pendra)
Təsadüfi deyildir ki, qədim Olimpiya oyunlarının yaranması haqqında bir-birindən maraqlı-miflər yaranmışdır.
Olimpiya oyunları dedikdə yalnız idman yarışlarını, idman həyatının insanlara bəxş etdiyi dəyərləri dar mənada yox, geniş, fəlsəfi anlayış kimi qəbul etmək lazımdır.
Olimpiya oyunlarının böyüklüyü idmançıların təkcə yarışlarda göstərdikləri idman nəticələri deyil, bu oyunlarda idmançı mənəviyyatı, onun kamil bir insan kimi formalaşması prosesinin reallaşdırılması, onun müqəddəs ideyalara xidmət etməsindən irəli gəlir.
Olimpiya hərəkatı sülh və əmin-amanlıqla Ardı »

Olimpiya oyunlarıİkinci Olimpiya oyunları (20 may-28 oktyabr 1900-cü il)

Olimpiadaların dirçəlişində Pyer de Kubertenin xidmətləri şərəfinə oyunlar 1900-cü ildə Fransanın paytaxtı Parisdə keçirilmişdir. Yarışlarda (20 may - 28 oktyabr) 20 ölkənin 1066 idmançısı proqramın 15 növü üzrə 65 dəst medal uğrunda mübarizə aparmışlar.

Paris Olimpiadası Afinadakına nisbətən bir qədər sönük keçmişdir. II Olimpiya oyunları ilə eyni vaxtda Fransanın paytaxtında ümumdünya ticarət sərgisi də keçirilmişdir. Olimpiya oyunlarının təşkilatçıları elə zənn edirdilər ki, sərgi oyunlara şan-şöhrət gətirəcəkdir. Əksinə, sərgi Olimpiadanı kölgədə qoymuşdur.

Ölkənin hakimiyyət dairələri də oyunlara nisbətən sərgiyə daha çox diqqət yetirmişlər. Belə bir vəziyyət yarışların gedişinə mənfi təsir göstərmiş və oyunların keçirilmə müddəti 5 ay uzadılmışdır.

1900-cü illərin qəzet və jurnalları bu Olimpiadanı Ardı »

Olimpiya oyunlarıÜçüncü Olimpiya oyunu

III Olimpiya oyunları 1 iyul — 23 noyabr (5 aya yaxın) 1904-cü ildə ABŞ-ın Sent-Luis şəhərində keçirildi. Burada 12 ölkənin 625 idmançısı, o cümlədən 8 qadın iştirak edirdi. Sent-Luis şəhərində olimpiyaçılar 17 idman növündə 103 medal dəsti uğrunda mübarizə aparmışlar.

Maraqlıdır ki, iştirakçiların 533 nəfəri ABŞ nümayəndələri olmuşdur. III Yay Olimpiya oyunlarını bir növ, amerikanların Olimpiadası da adlandırmaq olar. Təşkilat komitəsi təsadüfdənmi, qəsdənmi ümumdünya sərgisini olimpiya günlərinə saldıqları üçün oyunların keçirilmə müddəti yenə uzandı.

Bu oyunlara cəmi 8 ölkə gəlmişdi. Fransa, İngiltərə və bir çox ölkələr oyunların keçirilmə yerinin uzaq olduğunu və maliyyə xərclərini nəzərə alıb oyunlarda iştirak etməmişdilər. Sent-Luis oyunları səviyyəsinə görə Ardı »