Maraqli Melumatlar ve gozellik sirleri → Sevdiyivin gözünün quruluşuna görə onun xasiyətini öyrənmək istəyirsən?
Gözlər «qəlbin güzgüsüdür», «beynin bayıra açılmış pəncərəsidir». Gözlərin quruluşu, rəngi, vəziyyəti xüsusi əlamət daşıyıcısıdır. Gözlərə, göz ətrafına baxanda bir-birini daha yaxından tanımaq olar. Beləliklə, bir insana daha yaxından bələd olmaq istəyirsənsə, gözlərin əlamətləri ilə tanış ol:
Geniş açılmış gözlər — sahibinin başqa insanlara böyük marağından xəbər verir, özgələrin düşüncə tərzi, hərəkətlərinə də biganə deyildir. Ümid və intizardan xəbər verən belə gözlər həm də böyük qorxudan bir əlamətdir. Zarafatı sevən, içkiyə aludəli olan bu adamlarda qara ciyər zəifləyir.
Orta açıq gözlər — doğruçuluqdan, açıq danışan adamdan xəbər verir. Heç kəsə bədxahlıq istəməyən və bunu gözləməyən adamlar belə baxır, özgələrini səbrlə dinləyə bilirlər. Ardı »