Maraqli Melumatlar ve gozellik sirleri → Saç sağlamlığı üçün ev maskaları
Soğan saçların möhkəmlənməsində, kəpək ilə mübarizədə əvəzsiz rola malikdir. Soğan müalicəvi xassəyə malikdir. Hazırlanmış maskaları saç dibinə sürtmək lazımdır. Maska qoyulduqdan sonra saçları isti bağlamaq şərtdir.
Maskalar:
Təzə soğan şirəsi (2-3 xörək qaşığı) saçların dibinə həftədə 1-2 dəfə sürtülür. Saçları bağladıqdan 1 saat sonra şampun ilə yuyulur. Bu prosedur saçları möhkəmləndirir, parlaqlıq verir, tökülməsinin qarşısını alır və kəpəkdən qoruyur.
2 xörək qaşığı soğan şirəsini 2 xörək qaşığı gənəgərçək yağı ilə qarışdırın. Saçlara sürtdükdən sonra, 30-40 dəqiqə gözləyin.
Sürtkəçdən keçirilmiş soğanı bal ilə qarışdırın. 30-40 dəqiqədən sonra saçları yuyun. Əgər saçlarınız quru və qırılandırsa, buraya ilıq zeytun, soya və ya günəbaxan yağı qata bilərsiz.
2 xörək qaşığı Ardı »