Tarixdə bu gün → Azərbaycanın Xocalı haqqında həqiqətləri planeti gəzir
Azərbayacanlı rejissor Vahid Mustafayevin “Xoca” filmi planeti şəhərbəşəhər fəth edir. Bişkek, Qahirə, Rotterdam, London, Haaqa, Antalya, Oslo-bunlar “Xoca” filminin nümayiş olunduğu şəhərlərin hələ tam siyahısı deyil. Bu gün film İstanbulda da nümayiş etdiriləcək. Martın sonunda isə Yunanıstanın paytaxtı Afina tamaşaçıları ekran əsəri ilə tanış olacaqlar.
Filmin nümayişindən sonra müxbirlərimizin tamaşaçılardan götürdüyü müsahibələrdə onların bu işi çox bəyəndiyini deməyə əsas verir. Bundan əlavə qərb kinotənqidçilərindən biri qeyd edib ki, bu ekran işi uğura məhkumdur.
Vahid Mustafayevin filminin əsas dəyərlərindən biri ondadır ki, dünyanın müxtəlif şəhərlərində çox sayda insan Qarabağ müharibəsində Azərbayacan şəhərinin başına gətirilən dəhşətli faciə haqqında heç xəbərdar olmayıblar. Ardı »