Tarixdə bu gün → Bu günün tarixi (20.02.2013)
[color=#6a60ec]1832 - Çar ordusunun Qafqaz korpusunda qulluq edənAbbasqulu ağa Bakıxanov müsəlman məktəbləri barədə layihə hazırlayaraq Rusiyasının Qafqaz hakimi baron Rozenə təqdim edib. Layihə müsəlman uşaqları üçün dünyəvi məktəblərin açılmasını nəzərdə tuturdu. Qafqaz hakiminin diqqətə almadığı layihə bir əsr sonra, 1957-ci ildə Tbilisi arxivində aşkarlanıb.
1907 - Çar Rusiyasının ikinci Dövlət Duması fəaliyyətə başlayıb. Birinci Dumada (1906) olduğu kimi, ikinci Dumanın tərkibində də 5 azərbaycanlı deputat (Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Mustafa Mahmudov, Məhəmməd ağa Şahtaxtinski və Zeynal Zeynalov) vardı. İkinci Dumanın ömrü daha qısa oldu və iyunda çar II Nikolayın fərmanı ilə buraxıldı.
1928 - Tanınmış şair, dramaturq Əliağa Kürçaylı (1928-1980) Ardı »