Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

T hərfiTabu görmək

Yuxular üçün ən qeyri-adi əlamət ondan ibarətdir ki, hər bir əşya, şəxs və ya assosiasiya tabu gücünü özündə əks etdirə bilər. Bu qadağalar həm müsbət, həm də mənfi rol oynaya bilər. Tabu – özünə və ətrafdakılara yönəldilmiş təhlükəli daxili potensial qüvvəni əks etdirir. Bir qayda olaraq, bu mənəvi pisliyi əks etdirən əşya şəxs və assosiasiyadır. Məsələn, tüfəng yuxuda olan digər böyük obyektlər kimi tabu daşıyıcısı ola bilər.Nadir hallarda adi bir əşya yuxuda tabu gücünə malik ola bilər. Bir çox hallarda tabu gücü əşyanın özü ilə yox, əxlaq normalarını pozan münasibətlərlə (məsələn yaxın qohumlar arasında cinsi əlaqə, həyat yoldaşının xəyanəti və ya Ardı »

T hərfiTOVUZ QUŞU

Röyada tovuz quşu-varlı-hallı, gözəl, fəqət uğursuz bir qadını ifadə edir. Tovuz quşunun gözəlliyi-o qadının camalı, siması; tükü-var-dövləti; kəsilməsi isə-ölümü kimi açıqlanır. Tovuz quçunun ətini yeən kimsənin arvadı öləcək və mirası ona qalacaqdır. Yuxuda tovuz quşuyla rastlaşmaq-röya sahibinə bir qadından və ya bir qadın vasitəsilə var-dövlət nəsib olacaq. Ardı »

T hərfiTOXUM

Röyada toxum-uşağa, yaxşı nəsilə yozulur. Toxumluq taxıl-xeyirli kitabları ifadə edir. Xiyar, qabaq, qovun və s. toxumu-qəmdən, kədərdən, ağrı və xəstəliklərdən qurtulmaq kimi açıqlanır. Toxum əkmək-həlli çətin bir işin gerçəkləşməsinə işarədir. Yararsız, qeyri-münbit torpağa toxum əkmək-israfçılıqdır. Torpağa toxum səpmək, eyni zamanda, ruzi, elm öyrənmək, müxtəlif xasiyyətli adamlarla xoş davranmaq kimi də mənalandırılır. Yerə toxum əkdiyini və toxumların da torpağa yapışıb qaldığını görən adam şərəf qazanacaq. Əgər toxumlar yerə yapışıb qalmırsa, röya sahibi qəmə-kədərə düşər. Ardı »