Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

T hərfi → TÜTÜN QABI

Röyada tütün (siqaret) qabı görmək-yaxın günlərdə bir dostunuzun xoş bir sürprizi ilə qarşılaşacaq, bundan çox şad və xoşbəxt olacaqsınız. Ardı »

T hərfi → Termometr görmək

Əgər yuxuda termometrə baxırsınızsa, bu o deməkdir ki, ailədə olan qarışıqlıqdan əziyyət çəkirsiniz və öz işinizdən razı deyilsiniz. Sınıq termometr xəstəlik əlamətidir. Termometrdə civə sütunu aşağı düşübsə bu o deməkdir ki, yaxın zamanda işlərinizin vəziyyəti sizə narahatlıq gətirəcək. Əgər civə sütunu qalxırsa bu o deməkdir ki, biznesinizlə bağlı bütün xoşagəlməz halları aradan qaldıracaqsınız. Ardı »

T hərfi → TAXT-TAC

Keçmiş sultan və ya padşahların oturduğu taxt-tacı yuxuda görmək-yüksək mövqeyə, etibar və şərəfə yozulur. Taxt-tacda özünün əyləşdiyini görən kimsə yüksək bir məqam sahibi olacaqdır. Ardı »

T hərfi → TƏRƏZİ

Doğru-düzgün çəkən tərəzi yuxuda sözübütövlüyə, ədalətə, borcu ödəməyə yozulur. Röyada görülən tərəzi təzədirsə, bu-o yerin başçısının ədalətli olduğunu göstərir. Əlində tərəzi olduğunu görmək-röya sahibinin doğruçuluğunu, həqiqətpərəstliyini göstərir. Ardı »

T hərfi → Tavan görmək

Hamar, ağ və yüksək tavan bolluq və firavanlıq, sakitlik və rahat dövrün rəmzidir. Tavandakı çata baxmaq yuxu ərəfəsində görülən, düzəldilməsi artıq gec olan əmələ görə peşmançılıq və təəssüfdən xəbər verir. Yuxuda tavanın üzərinizə düşdüyünü və sizi basacağını hesab etmək ətrafınızda vəziyyətin heç də yaxşı olmayacağına, ona görə də vacib işləri gözləməyi işarə edir. Ardı »

T hərfi → TƏDQİQ ETMƏK

Röyada hər hansı bir içi incədən-incəyə tədqiq etmək-işlərinizdə irəliləyiş və uğur qazanacağınızı göstərir. Hər hansı bir tədqiqat işiylə bağlı səfərdə olmaq-qiymətli vaxtınızı boş yerə israf etməkdə olduğunuzu göstərir. Ardı »