TOXUM
Röyada toxum-uşağa, yaxşı nəsilə yozulur. Toxumluq taxıl-xeyirli kitabları ifadə edir. Xiyar, qabaq, qovun və s. toxumu-qəmdən, kədərdən, ağrı və xəstəliklərdən qurtulmaq kimi açıqlanır. Toxum əkmək-həlli çətin bir işin gerçəkləşməsinə işarədir. Yararsız, qeyri-münbit torpağa toxum əkmək-israfçılıqdır. Torpağa toxum səpmək, eyni zamanda, ruzi, elm öyrənmək, müxtəlif xasiyyətli adamlarla xoş davranmaq kimi də mənalandırılır. Yerə toxum əkdiyini və toxumların da torpağa yapışıb qaldığını görən adam şərəf qazanacaq. Əgər toxumlar yerə yapışıb qalmırsa, röya sahibi qəmə-kədərə düşər.
Tarix: 22.11.2014 / 22:08 Müəllif: Ebulfez Baxılıb: 59 Bölmə: T hərfi
loading...