Yemek Terifleri → +Ev şəraitində Lahmacunun hazırlanması
Xəmiri üçün:
4 stəkan un
1 çay qaşığı maya
1 çay qaşığı duz
2 stəkan ilıq su
Üzərinə:
250 qr qoyun əti bişirilməmiş
2 ədəd pomidor
2 ədəd aci bibər
1 ədəd qırmızı bibər
2 çay qaşığı tomat
Xəmirin hazırlanması :
Suyu, mayanı, duzu bir qabda qarışdırırıq, unu əlavə edərək orta yumşaqlıqda bir xəmir yoğururuq. Üzərini örtərək 30-40 dəqiqə mayalanmasını gözləyirik.
İçliyin hazırlanması :
Əti soğanla birlikdə ət çəkən maşında çəkirik, pomidorları süzgəcdən keçiririk . Bibərləri də həmçinin, toxumlu hissəsini təmizləyərək doğrayırıq. Bunların hamısını bir qaba tökürük, duz istiot və tomatı da da əlavə edərək, yaxşı-yaxşı qarışdırırıq.
Açdığımız xəmirın üzərinə nazikcə qarışımdan çəkirik.Sacda və ya sobada bişiririk.
Ardı »