Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

K hərfi → KAĞIZ

Röyada insanın kağıza yazı yazması-bir şeyi aşkar etməyə işarə sayılır. Yuxuda kağız, bəzi yozumlara görə, üzüntülü, kədərli adamı, yaxud hidayətə yetən və ya üzüntüdən, kədərdən qurtulan kimsəni ifadə edir. Bir adam röyasında əlində kağız görərsə, onun ehtiyacı təmin ediləcək, işi görüləcək. Kağızşılıqla məşğul olan adamı yuxuda görmək-insanlara hiylə öyrədən və ya hiyləgərliyə yardım edən kimsələrə işarədir. Ardı »

K hərfi → Kanyon, dar dərə görmək

Yuxuda dərə, boşluq, çalaya düşmək –real həyatda tələyə düşməyə işarədir. Lakin müəyyən vəziyyətdə bu yol keçid rolunu oynaya bilər. Bu həmçinin gözəl görünüşlü, istirahət üçün əla bir yerə gətirib çıxara bilər.Məsələn, Amerikada bir çoxları üçün sevimli yer Böyük Dərədir və ona görə də orada olan insanların yuxusuna girir.Bu halda kanyon yuxunuzda hadisələrin baş verdiyi məkandır və əsas diqqəti onun digər elementlərinə yönəltmək lazımdır (məsələn,məzuniyyət zamanı rahatlıq hissi və təbiətin gözəlliklərindən zövq almaq). Ardı »

K hərfi → KƏNDİRBAZ

Yuxuda kəndirbaz görən adamınmaraq və həvəs göstərdiyi peşəsində,sənətində gözəl uğurlar və şöhrət qazanacağına şübhə edilməz. Ardı »

K hərfi → Kök görmək

Yuxuda kök görmək çiçəklənmə və sağlamlığa işarədir. Gənc qadın yuxuda kök yeyirsə, bu, erkən və uğurlu evlilik həyatına, onun çoxlu sağlam uşaqlara sahib olacağına işarədir. Ardı »

K hərfi → Kartof görmək

Kartofla bağlı yuxu yaxşı əlamətdir. Yuxuda kartof qazıb çıxarmaq uğur əlamətidir. Yuxuda kartof yemək əlverişlilik, xeyirə işarədir. Kartof hazırlamaq sizə uyğun iş deməkdir. Yuxuda kartof əkirsinizsə, arzularınızın həyata keçəcəyinə inana bilərsiniz. Yuxuda çürük kartof görmüsünüzsə, bu, sevinc və məmnuniyyətlərin sonu və sizi yaxşı heç bir şeyin gözləmədiyinə işarədir. Ardı »