Sevgi varmı? → BIR GENCIN MANIFESTI!
Milli Qəhrəman Mübariz İbrahimovun həyatı haqqında Bir igidin manifesti - Həyat Hekayəsi
Jurnalist deyil, oğlunu itirmiş valideynlərə başsağlığı vermək istəyən el adamı kimi getdim Mübarizgilə. Qardaşımla və təsadüfən Biləsuvar rayonunda dincəlməyə gəlmiş yazıçı Pərviz Cəbrayılla. Nə qara, rəsmi paltar geyindim, nə başımı örtdüm. Saxtakarlığın yeri deyildi. Qıvraq şalvarda, qoluaçıq köynəkdə getdim onun evinə. Üzümə baxacaqlarsa, elə bu paltarda baxsınlar. Yox, baxmayacaqlarsa, deməli, mən doğrudan da onun doğmalarının diqqətinə layiq deyiləm,
Əliabad kəndində Mübarizgilin evinin yerini bizə elə onun özü verdi. Yol uzunu bütün darvazalara vurulumuş şəkilləri tutub, getdik və Mübarizgilin evinə çıxdıq.
Kasıb, səliqəsiz həyət. Həyətin yeganə lüksü olan daş hasarın isə Mübarizin Ardı »