Sevgi varmı? → UWAQLAR SAF MELEKLERDIR...
Bir ümid (təsirli və ibrətamiz hekayə)
Sakit və hüzünlü bir gecə. Səssizlikdir. Bütün uşaqlar öz yataqlarında uzanıb yatır. Bir balaca oğlandan başqa. Gecənin hüzünlü olmasının səbəbkarı. İçini çəkə- çəkə ağlayır. Əlini ağzına tutub ki, səsini eşidib oyanmasınlar. Göz yaşları kipriklərindən damla- damla axırdı. O qədər ağlamışdı ki, gözləri və yanaqları qızarmışdı.Yastığını qucağına alıb bərk- bərk qucaqlamışdı. Başını sığallayacaq bir əl, onu bağrına basacaq bir qucaq belə yox idi. Gözlərini çöldəki qapıdan çəkmirdi. Elə bil kimisə gözləyirdi. Kimsə hər an qapını aça bilərdi.
Ayın işığı otağa dolmuşdu. Balaca nə qədər səssiz olmağa çalışsa da yenədə hıçqırıq səsi otaqda aydın eşidilirdi. Uşaqlardan biri başını qaldırıb Ardı »