Sevgi varmı? → Onun Metrodan çıxdığını Görən Isə Olmadı
Həyəcanlıydı… Yata bilmirdi… Bütün gecəni yerində uzanıb gözlərini tavana zilləmişdi. Verdiyi qərarı düşünürdü. Anası onun Fəridə qoşulub qaçdığını biləndə nə edəcəkdi?.. Yəqin ki, ağlayacaqdı. Başqa əlindən nə gəlirdi ki… Qardaşı əsəbləşəcək, evdə hər şeyi bir-birinə qatacaq, siqareti siqaretə calayıb anasının üstünə cumacaq, «Sən qudurtdun qızını, sənə neçə dəfə dedim ki, ona nəzarət elə… Mən səhər gedib axşam gəlirəm, xəbərim olmur, bəs sən hara baxırdın? Papağımızı soxdu yerə! Öl ay Tərlan öl, bacın qoşulub qaçdı...» deyəcək. Anası da heç nə demədən elə hey susaraq ağlayacaq… Arada da «Allah məni öldürsün, bu nə gün idi mən düşdüm, ay Allah, mənim günahım nə idi Ardı »