Sevgi varmı? → Güvənc, Inam, Mübarizə Və ümid..
Ümid varkən ümidsüzcəsinə yaşamaq, yoxsa ümid yoxkən ümidlə yaşamaq? Bu sual ilə bir çox insana müraciət etdim və hər kəsdən də demək olar ki eyni cavabı aldım. Ümid yoxkən ümidlə yaşamaq. Axı ümid olmaya-olmaya necə ümidlə yaşaya bilərsiniz sualıma cavabları belə oldu ki, ümid olmadan insan yaşaya bilməz. Ümidin bitdiy an həyatının bitdiyi deməkdi. Bir nəfər isə Lev Tolustoyun ümid haqqında söylədiyi gözəl fikirlə sualıma cavab verdi. Lev Tolustoy belə söyləyib: “Ümidi öldürmək insanı öldürməkdən çətindir”. Dərindən düşündükdə görürsən ki, həqiqətən də ümidi öldürmək çox çətindir. Nəyinsə olmayacaqını bildiyin halda yenə də ürəyinin dərinliyində ümid işığı olur. Düşünürsən ki, bəlkə də Ardı »