Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azeərbaycan ƏsərləriAnar - Yaxşı Padşahın Nağılı

Y A X Ş I P A D Ş A H I N N A Ğ I L I

Sizə kimdən deyim, yaxşı padşahdan. Ravilər belə rəvayət edir ki, əyyami-qədimdə ya Çində, ya Maçində bir yaxşı padşah varmış. Bu padşah çox adil padşah imiş. Hamıdan, hamıdan adil. Yaxşı padşah heç vədə öz rəiyyətlərinə güldən ağır söz deməzmiş. Nə incidərmiş onları, nə boyunların vurdurarmış, nə də asarmış. Padşahın yaşı ötmüşdü, amma ömrü boyu o nəinki adam, heç taxtabiti, birə də öldürməmişdi.

Elə buna görə də padşahın çarpayısı birəylə dolu idi və padşah yazıq gecələr yata bilmirdi. Ardı »

Azeərbaycan ƏsərləriEbdürrehimbey Haqverdiyev - Çeşmek

Çeşmek
Əbdürrəhimbəy Haqverdiyev

Şəhərimizdə məşhur advokat Mahmud bəy əhli-kef və əhli-damaq bir vücud idi.
Əhalidən, hər ürəyi darıxan, istəyəndə ki, bir qədər kefi açılsın, gedərdi Mahmud bəyin söhbətinə və həqiqət onun yanında əyləşənlər iki-üç saat dünyada qeydini yadından çıxarardı.
Mahmud bəyin mənzilində lətifələr danışıb gülməkdən sivay bir iş olmazdı.
Şəhərin cəmi zəriflərinin yığıncağı Mahmud bəyin mənzili idi.
Bunu da qeyd etməliyəm ki, iş vaxtında hər bir kənar söhbəti atıb ciddi işə məşğul olardı.
Şəhərin ən qabil advokatlarından sayılardı.
Mahmud bəy kitaba və qəzetə aşiq bir adam idi. Çox gözəl bir kitabxanası var idi və Rusiyada çıxan qəzetlərin zübdələrinə həmişəlik abunəçi idi.
Hər vaxt gəlsə idin, Ardı »

Azeərbaycan ƏsərləriAnar - Gürcü Familyası

G Ü R C Ü F A M İ L Y A S I

Bu nə qəribə teleqram idi: «Muradov Oqtaya 29 Bakıdayam Reys 203 Qarşıla» İmzasız! 203-cü reyslə uçan təyyarə Moskvadan gəlir. Amma axı kim ola? Moskvadan heç kəs gələsi deyil. Heç kimi gözləmirəm. Bu teleqramı kim vurub görəsən?.. Ağlıma heç kəs gəlmir.

Hələ yaxşı ki, teleqramı anam alıb. Bacım alsaydı, gör nə mərəkəydi. Düz bir il məni dolayacaqdı.

Səhər erkən aeroflot avtobusunun yumşaq kürsüsünə sərələnib öz-özümə fikir eləyirdim: yaxşı, axı mən kimi qarşılamağa gedirəm?

Avtobus şəhərin yuxulu küçələrindən keçirdi. Mən gələcək müsafirim haqqında düşünərək pəncərədən yatmış şəhəri seyr edirdim. Ardı »

Azeərbaycan ƏsərləriDom Feyzulla-Bomba

Dom Feyzulla Bomba
Yaziçi: Əbdürrəhimbəy Haqverdiyev

Qorodovoy Kərbəlayi Zal iyirmi beş ildən artıq idi polis idarəsində xidmət edirdi.
Onun arvadı hərdənbir deyərdi:
-A kişi, sənin saqqalına nə şaşka yaraşır, nə də şapka.
Gəl sən bu qorodovoyluqdan əl çək! Bir balaca alış-verişə yapış.
Bir baqqal dükanı aç!
Kərbəlayi Zal cavab verərdi:
-Arvad, sən hökümətin ləzzətini anlamırsan.
Əgər səni qorodovoy eyləyələr, min il qulluqdan çıxmazsan; bir də, mən iyirmi beşildən artıqdır ki, polis qulluğundayam.
Bir-iki ildən sonra pensiyam çıxacaq. Ondan sonra rahat əyləşib pensiyəni yeyərik.
Belə danışıqdan sonra arvad həmişə sakit olardı.
-Nə deyirəm, kişi, özün bil!
Bu dəfə Kərbəlayi Zalın ovqatı təlx idi. Dəftərxanada pristav çağırıb demişdi:
-Kərbəlayi Zal, səndən narazıyam. Ardı »

Azeərbaycan ƏsərləriAnar - Vahime

V A H İ M Ə

İlk qışqırıq
Gələcək günlərin
vahiməsidir bəlkə,
Son sükut -
ömrün yorğunluğuna məlhəm -
Sakit, sərin bir kölgə.

Rəsul Rza.

Həkim Oruc həyatından razı idi. Səhhətindən şikayəti yoxdu. Qırx beş yaşın içindəydi, indiyəcən heç zökəm də olmamışdı. Ailəsi sarıdan da arxayındı. Özündən altı yaş böyük arvadı Pakizə evdar qadın idi. Ev-eşiyi həmişə səliqə-səhmanlı, bişirib-düşürdüyü xörəklər ləzzətli, özü iddiasız, təmannasız, dilsiz-ağızsız. Heç vaxt ərini: hara getdin, hardan gəldin, tez gəldin, gec gəldin - deyə dığ eləməzdi.

Oruc hər səhər yuxudan durub mətbəxdə təzə dəmlənmiş pürrəng çayını, soyutma yumurtasını ya qayqanağını (bir gün soyutma yumurta, bir gün qayqanaq), yağ-çörəyinri, pendir-çörəyini hazır görərdi. Köynəyi, kostyumu, qalstuku Ardı »

Azeərbaycan ƏsərləriAnar - Mən, Sən, O Və Telefon

M Ə N , S Ə N , O V Ə T E L E F O N

Telefon nömrələri
Oxşamaz bir-birinə
amma hamısında
insan səsi...
...pis günlər
oxşamaz bir-birinə
birində özün susarsan,
birində telefon.

Vaqif Vəkilov

Dünən sənin telefonun öldü. Ölən yalnız adamlar olmur ki... Telefon nömrələri də ölür. Ömrün boyu çox rəqəmləri unudacaqsan: paoportunun nömrəsini, axırıcı işində aldığın maaşını, dostunun avtomobilinin nömrəsini, aya qədər olan məsafəni, yaşadığın şəhərin əhalisinin sayını. Başqa rəqəmləri. Hamısını unudacaqsan. Bircə bu beş rəqəmdən savayı. Bu beş rəqəm, özü də məhz bu ardıcıllıqda səninçün ən əziz hədiyyə idi. Ardı »

Azeərbaycan ƏsərləriAnar - Qırmızı Limuzin

Q I R M I Z I L İ M U Z İ N

Yeddi təpəli şəhrimdə
İtirdim qönçə gülümü
Nə də düşünmək ölümü
Nə ölümdən qorxmaq ayıb.
Nazim Hikmət

O, qəfilcən dayandı. Ətrafa boylandı. Buralar ona həm tanış gəlirdi, həm də bu dar küçəni sanki ilk dəfə görürdü. Bir ya ikimərtəbəli evlər, səliqəsiz həyətlərin qarışıq qoxuları, sal divara dirənən kor dalan. O, ya sanki çox uzaqlarda qalmış xəyal kimi, ilğım kimi, süzülüb nazilmiş xatirələr kimi, bulanıq yuxu kimi qeyri-müəyyən bir aləmi andırırdı. Uşaqlığının anımlarıydımı bu?

Yox, uşaqlığı bu məhəllədə keçməmişdi. Bəlkə haçansa, çox illər qabaq buralara kimsə qonaq gəlibmiş, bəlkə bu evlərin birində Ardı »

Azeərbaycan ƏsərləriSüleyman Sani Axundov-Abbas Ve Zeyneb

Abbas ve Zeyneb
Yaziçi: Süleyman Sani Axundov

Məmməd və Fatma şamdan sonra sabahkı dərslərini hazırlayıb, yazılarını yazıb oturmuşdular.
Tez-tez atalarının üzünə baxırdılar.
Hacı Səməd uşaqlarının fikrini duyub dedi:
-Yenə nağıl istəyirsiniz?
-Bəli, ata, - Məmməd cavab verdi.
Fatma dedi:
-Ata, bu gün müəlliməmiz bizə Əlibaba və qırx quldur un nağılını oxudu. Sən də bizə quldurdan söylə.
-Yaxşı, qızım, ancaq bunu bil ki, quldurlar elmsiz, tərbiyəsiz tayfadan çıxarlar.
Heyvanın vəhşisi qurd, pələng və şir olan kimi insanın da vəhşisi bunlardır.
Ancaq təfavütləri odur ki, quldurlar onlardan neçə qat rəhmsiz, insafsız və zalımdırlar.
Qulaqas, bu nağıldan özün bilərsən.

-Qızım, bahar fəslində Dan ulduzunun parlaq bir vaxtı idi.
Qayadibi adlı kəndin əhli Ardı »