Sevgi şerləri → Əllər..
Sənə nifrət etdiyini yazan yerdə qələmi sına,
Güvənmədən ona, ürəyinə qonaq gələni sına.
Verdiyin o son qərar çox haqsızdı axı belə,
Sevgi əriyib day, beyinə qan sızdı, axıb yerə.
Bilməm, bəlkə də tutub əlindən səhv əllər,
Tutsa özgə əlləri, edər məni məhv əllər.
Qəlbimi qır amma, keçmişə görə məni qınama,
Axı yox idin həyatımda sən əvvəllər.
Qulağın həmişə məndən sevdiyimi eşidərdi,
Məni ayaqda tutan başqa bir növ, çeşid əldi.
Səni görərkən altı hüceyrədən beşi tərdi,
Məni ən çox incidən dilindəki o neştərdi.
Çox sağ ol mənə bu hissləri yaşatdığına görə,
Bağışla, mənə görə gözündən yaş axdığına görə.
Amma verdiyin ağrı adi baş ağrısına bənzəmir,
Sanki qalın iynəyə batırıb çıxarırlar ənsəmi.
Bəlkə heç kim sevməz sevdiyim kimi mən Ardı »