Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevgi şerləriQISA SERLER

Salam qelbimin hemdem hakimi
uzume baxirdin ay ulduz kimi
terk etdin bir seyi unutma esla..
xatirla sevgili meni yar kimi

_______________________________


Icimde oyanib alov, qezeb, kin
olmaram bu halda biedeb sakin,
unuda bilmirem xeyanetini,
bir sey var SEVIREM olurem lakin

________________________________


Seni qisqanirdim ulduza aya
onumu kesirdi sildirim qaya
gozume kusmusdum o oten ilden
hele dayanibdir coxdan aglayan

________________________________


Unutma utanma menden usanma
musbetin cox olsun menfi qazanma
her zaman sesin yuksekden gelsin
altan esidlmir deye sen sanma

_______________________________


Kecmisin mene maraqli deyil
Tekce senedir ureyim meyl
Ne ucun bu ezab bu zulm niye???
meni olan hislerin heminki deyil...


_______________________________


Qalmasin icinde birce kelme soz
kecire bilmirem konlume men soz
sene olan hisslerim meni oldurur
Eybi yox ureyim bir balaca doz..


_______________________________


Baxan unutdugum qizin gozudur
Mehebbet deyirler omur sozudur
Sen ki esqine Ardı »

Sevgi şerləriRisk...

Yazdı mı bir kərə səndən, durmaz daha bu qələm,
Baxarkən sənə qəlbini hiss etmir aha bu gədə.
Ayağımın altından yer kürəsi itir hərdən,
Sözlər iti hərdən, bir baxışın yetir hərdən.
Sən istəsən yar sinə qəfəsimi qəlbimi yerindən çıxar, hiss etməm,
Risk etməm gözlərinə baxmağa çox, həm hətta sənə belə izlətməm.
Nəfəsini dodağda duyuram, sən boş qəlbimə təşrif buyuran,
Qoluna sarılıb uyuyam izin ver, gözümü gözlərinlə doyuram.
Yağış islatsın dodağlarını, mən qısqanım yağışı,
Sənlə vaxt uçur, sevgilim, zaman mənlə yarışır.
Saçlarını dolayıb əlimə, iyləyib qoxunu özümə gəlim,
“Səni sevirəm” sözü lüğətimdə ən xoş söz bədəlim.
Uzaq salmaz səni məndən yəqin bəd əlim,
Bəsimdi yanımda qələm, kağız, bir-iki söz və dəlim.
Gəlmə buralara bura qan, ya da Ardı »

Sevgi şerləriSeni Yaşadacağam

Shirin xatiresen,her an menimsen,
Seni ezizlerem korpe ushaq tek.
Koksumde chaglayan uca eshqimsen,
Sen meni hech zaman qoymamisan tek.

Seher de,axsham da sen yanimdasan,
Terk etmir camalin meni birce an.
Shirin xeyallarim,duygularimsan,
Meni yashadacaq eshqin her zaman.

Heyif ozun yoxsan menim yanimda,
Teskinlik tapiram xeyallarinla.
Eshqin,mehebbetin axir qanimda,
Seni yashadiram arzularimla.

Ehdime vefali qalacam,gulum,
Senin xeyalini qoruyacagam.
Iller otushecek,kechecek zaman,
Seni men qelbimde yashadacagam.

Imza:Seva
-=^-^=- Ardı »

Sevgi şerləriGörünmə Gözümə...

Görünmə gözümə bir də görünmə,
Sən başqa aləmsən, mən başqa aləm,
Artıq unutmuşam məhəbbətimi,
Görünmür güzümə nə sevinc, nə qəm,
Sən başqa aləmsən, mən başqa aləm.
Görünmə gözümə bir də görünmə,
Sanım o günlərim şirin röyaymış,
Nağıl aləmində yaşayırmışam,
Əlçatmaz, ünyetməz sirli dünyaymış,
Sanım o günlərim şirin röyaymış.
Görünmə gözümə bir də görünmə,
Səni qarğımağa qıymıram axı,
İndi bu viranə qalan könlümə,
Heç xəyalını da qoymuram axı,
Səni qarğımağa qıymıram axı.
Görünmə gözümə bir də görünmə,
Sən özgə qisməti, özgə baxtısan,
Allahın yazısı beləymiş yəqin,
Özgə sarayısan, özgə taxtısan,
Sən özgə qisməti, özgə baxtısan.
Görünmə gözümə bir də görünmə,
Ömrün payız fəsli, xəzan çağıyam,
Könlüm asimansız zülmət gecədir,
Özüm öz qəlbimdə qəm düstağıyam,
Ömrün payız fəsli, xəzan çağıyam.
Görünmə gözümə bir də görünmə,
Dünyada tək bircə sənə Ardı »

Sevgi şerləriMən görməmişəm

Bəzən büdrəmişəm, düzü yanında,
Sevgidən salmışam sözü yanında.
Min dəfə keçmişəm azı yanınnan,
Məni görməmisən, görməmisən sən.

Gözlərim həsrətlə dolub qalmışam,
Yolunda gül kimi solub qalmışam,
Üz-üzə gələndə donub qalmışam,
Məni görməmisən, görməmisən sən.

İzini ömrümə düzüb keçmisən,
Keçdiyin yollardan bezib keçmisən.
Yanımnan qanqalı üzüb keçmisən,
Məni görməmisən, görməmisən sən

Mənəmi veribsən sənsiz küçəni?
Alıb aparıbsan sirli gecəmi.
Yalançı yuxular aldadıb səni,
Məni görməmisən, görməmisən sən.

Yaxşı istəyibsən, yaman tapmısan,
Günəş axtarıbsan, duman tapmısan,
Həqiqət gəzibsən, yalan tapmısan,
Məni görməmisən, görməmisən sən.

Dönüb boylanıbsan ötərgi səs,
Mənəm sənin üçün yarpağtək əsən,
Xətrinə dəyməsin, korsan ya nəsən?
Məni görməmisən, görməmisən sən.

Payız demirəm ki, ömrün yaz olsun,
Yüz il də,min il də sənə az olsun,
Ölsən, başdaşına bu söz yazılsın,"
Məni görməmisən,görməmisən sən!" Ardı »

Sevgi şerləriSənki Yoxsan Yanımda...!

Yaman acı sızlayır, könlümdəki yaralar.
Bu yaralı könüldə canım, səni haraylar.
Sinəmdəki dərdləri, yalnız sevgin anlayar.
Ağlamayım neyləyim, sənki yoxsan yanımda,
Qəmli gözüm axtarır, səni dərdli anımda.

Gəl üz-üzə duraq biz, bax gözümdə kədərə.
Bircə kəlmə sözünlə, dönər coşan sellərə,
Nə olar gəl əllər çək, qəribsəyən tellərə,
Ağlamayım neyləyim, sənki, yoxsan yanımda,
Qəmli gözüm axtarır, səni dərdli anımda,

Son dəfə görüşəndə, kədərlə ayrılmadıq,
Məncə sevgi yolunda, biz heçdə yanılmadıq,
Ayrılıqda üşüdük, nədəndir anlamadıq,
Ağlamayım neyləyim sənki, yoxsan yanımda,
Qəmli gözüm axtarır, səni dərdli anımda.

“Talehi” nin qəlbini, kimsə yox sən bilirsən.
Bilirsən yaralıyam, elə sual verirsən,
Gözlərin kədərlidir, niyə tez-tez deyirsən?
Gözlər necə gülsün bəs, sənki yoxsan yanımda,
Qəmli gözüm axtarır, səni dərdli anımda. Ardı »

Sevgi şerləriyazı

yasayiram-qacirmis kimi zamandan, herden gozum yol cekir,fikre daliram sonra diksinib ayiliram sanki yuxudan "gozlerimdeki sen"i gorerler deye qorxuram yene baslayir yalanci gulusler,zarafatlar bir anda adin seslenir-basimi asagi saliram gozlerim basqa gozlerden qacirlar, "gozlerimdeki sen"i gorerler deye qorxuram bezen cixirsan qarsima istemesem de kecirem yanindan-ele bil dasam cevirirem uzumu yarpaqtek essem de "gozlerimdeki sen"i gorerler deye qorxuram basqasini sevirem deyib,danisiram her kese ondan artiq saxta sevgi yalanlarima ozumde aldanmisam en coxda qaciram aynali otaqlardan "gozlerimdeki sen"i gormekden qorxuram... ...kaynak : Ardı »

Sevgi şerləriRamiz Rövşən. Gedək biz olmayan yerə

G
əl, əl-ələ tutub gedək,
Gedək biz olmayan yerə
Hər dərdi unudub gedək,
Dərdimiz olmayan yerə.

Burda qoyaq özümüzü,
Bu qırışan üzümüzü,
Bu köhnələn sözümüzü,
Gedək biz olmayan yerə.

Bir kimsə tutmasın xəbər
Gəl çıxıb gedək birtəhər.
Bu ev, bu küçə, bu şəhər,
Bu dəniz olmayan yerə.

Atam oğlu az çapala,
Sən deyən çətin tapılar,
Bu Ramizi kim aparar,
Bu Ramiz olmayan yerə?! Ardı »