Sevgi şerləri → Desem Oldurerler Demesem Ollem.
Desəm öldürərlər, deməsəm ölləm.
Birinin bar verir guya söyüdü,
Buluddan tayası, yağışdan südü.
Di gəl bu ordenli, şöhrətli “bütü”,
Yıxsam öldürərlər, yıxmasam ölləm.
Qulaqlar uyuyur bir xoş yalanda,
Vəd verən də bilir, vədi alan da.
Bu söz oyununda naçar qalanda,
Dinsəm öldürərlər, dinməsəm ölləm.
Ağıl kəsə-kəsə, göz görə-görə,
Ha budəyirmanı fırlat boş yerə.
Bu “ötür-ötürə”, “qaytar-gətirə”,
Gülsəm öldürərlər, gülməsəm ölləm.
Dünən haram alıb əlimdən özü,
Bu gün bayraq edir halalı, düzü.
Dilimin ucunda köz olan sözü,
Desəm öldürərlər, deməsəm ölləm.
Qəribə cələdir sənin bu cələn
Həm dən səpən düşür, həm dənə gələn.
Kim qədirbilməzdir, kim qədirbilən?-
Bilsəm öldürərlər, bilməsəm ölləm.
Bir Ardı »