Sevgi şerləri → ONDA KÜLÇƏ İDİM…
Bu yerdə bir zaman adi uşaqdım,
Toz-torpaq içində eşələnərdim.
Gözü açılmamış sısqa bulaqdım,
Elə öz-özümə nəşələnirdim.
Bir parça od idim, bir parça alov,
Kim dinsə üstünə kişilənərdim.
Laylam şəlalənin, çayın gur səsi,
Hələ külçə idim, şer külçəsi.
Misramın dan yeri sökülməmişdi
Hələ adlı-sanlı vəzifələrdən,
Üstümə rəsmilik tökülməmişdi.
Nə soyuq təfəkkür dinərdi, nə də,
Alimlik yağardı şerlərimdən.
Nə kosmos, nə infarkt, nə aerodrom,
Nə raketlər var idi şerlərimdə.
Dünya mənim üçün maraqda idi,
Hələ məhəbbətim qabaqda idi,
Hələ kin-nifrətim qabaqda idi.
Təzə başlanırdı tərcümeyi-halım,
Ömrümün günləri sayılmamışdı.
Hələ varlığımın dərinliyində
Şöhrət duyğuları ayılmamışdı.
Büsbütün həyatdım alovlu, qaynar,
Qanıma soyuqluq yayılmamışdı.
Sadə adamlardan Ardı »