Sevgi şerləri → Cabir Novruz - Sen Ele Bir Vaxtda Rast Geldin Mene
Sən elə bir vaxtda rast gəldin mənə,
Qurumuş bulağam, bulanmış suyam...
Sən elə bir vaxtda rast gəldin mənə,
Oxunmuş nəğməyəm, çalınmış toyam.
Nə gücüm çatdı ki, səndən yapışım,
Nə gücüm çatdı ki, səndən qaçam mən...
Nə odum oldu ki, yanam, alışam,
Nə sehrim oldu ki, cavanlaşam mən...
Sən elə bir vaxtda rast gəldin mənə
Ömrün payız vaxtı, xəzəl çağıydı...
Sən elə bir vaxtda rast gəldin mənə,
Sənin gəncliyinin gözəl çağıydı...
Nə deyə bildim ki, tutmaz sevdamız,
Nə deyə bildim ki, tutar bizimki...
Bizimdir səmada axan o ulduz,
O uzaqda itən qatar bizimdi...
Sən elə bir vaxtda rast gəldin mənə,
Dayanıb durmuşdum Ardı »