Sevgi şerləri → Mene Lay Lay Calin
Mənə lay-lay çalın, bir az da yatım,
Yaman yordu məni danışan həsrət.
Yuxumda istərəm arzuma çatım,
Gözümdən qəlbimə tökülür zülmət
Mənə lay-lay çalın, dağılsın kədər,
Qurusun üzümdə gözümün yaşı.
Gecənin yerinə gələndə səhər
Bitsin ürəyimdə həsrət savaşı.
Mənə lay-lay çalın dincəlim bir az,
İstərəm yuxumda görüm mən onu.
Yenidən ömrümə gəlsin bahar-yaz
Sevincin, şadlığın olmasın sonu Ardı »