Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevgi şerləriArtiq Cox Gecdir...

Deniz sevgi atewiyle yanarken ewqim
Qelbimde yanar od qalama ewqim
Derdime teze derd calama ewqim
Onsuzda az deyil kederim qemim
De neden beledir qismetim menim?

Sensiz zirvelerim gorunmez olar
Sensiz heyat meni taxtindan salar
Gozlerim yaw toker yollarda qalar
Getsen olmayacaq konul hemdemim
De neden beledir qismetim menim?

Deniz ol dalganda firlat at meni
Zirve ol zirvende hey ucalt meni
Sevgin ol sevginle hey qocalt meni
Seninle baglidir yawamaq demim
De neden beledir qismetim menim?

Bu son sozlerimdi diyirem sene
Oxuyub aglama sevgilim yene
Yazdim ki bilesen gelin kocurem
Gozu yawli uwaq tek sensiz yetimem
Daxilen sessiz sakitem yene
Ele bir yoldayam ki donuwu yoxdu
Artiq cox gecdir donmeyim sene
Cox yalvardim sevgilim men done-done
Yadlara inanib uzaqlawdin menden
Aldin ruhumu bu bedenimden.

Indi aglasanda men Ardı »

Sevgi şerləriZİRVƏLƏRDƏYƏM

Zirvələrdəyəm…
Dərələrdən duman sürünür…
Səmalardan qatar-qatar buludlar köçür.
Aşağıdan yuxarılar böyük görünür,
Yuxarıdan aşağılar balaca, kiçik…

Uca dağlar, uçurumlar ruhuma həmdəm,
Sıldırımlı qayalardır çəkən fikrimi.
Sanıram ki, bir basılmaz gücəm, qüvvətəm,
Bərqəraram yerin, göyün hakimi kimi.

Məni burdan yıxan olmaz, tərpədən olmaz,
Sanıram ki, mənimkidir bu zirvə çoxdan.
Lap Allahın özü gəlsə, mənə tən olmaz,
Unuduram amma necə buraya çıxdım…

Gah süründüm, gah yıxıldım-
gördü çoxları,
Gah yalvardım taleyimə, gah dinməz oldum.
Nə zaman ki, diş-dırnaqla qalxdım yuxarı
Birdən-birə mən dəyişdim, ayrı kəs oldum…

Dağlar ilə dayanmışam indi yanaşı,
Qartallar da həsəd ilə mənə baxırlar.
Aşağılar gözlərimdə balacalaşıb,
Cılızlaşıb nəzərimdə yollar, cığırlar…

Qəribədir bu dünyanın yönü, Ardı »

Sevgi şerləriSevmek Nece Gozeldir.?. (Qerib)

Sevmek nece gözeldir?!
Dünya senin sanirsan,
Gözlerini yumursan,
Yalniz sevinc umursan.
Ferqi yoxdur sevgiden
Alishirsan? Yanirsan?
Öz özüne inan sen,
kederi de danirsan.
Her sevincden ezeldir.
Sevmek nece gözeldir?! -Sevmek nece gözeldir?!
Ushaqliga dönürsen,
Düshünmürsen heç neyi,
Göstermirsen heç seyi,
zaman özü aparir,
Seni senden qoparir. Her ezabi yenirsen,
Buna göre özeldir.
Sevmek nece gözeldir?! -Sevmek nece gözeldir?!
cennet hezzi duyursan,
Meleklere uyursan.
Alem xeyal eyleyen,
Tek arzumdur söyleyen
Xoshbextliye doyursan Eyrileri düzeldir.
Sevmek nece gözeldir?! Ardı »

Sevgi şerləriBoğdum Göz Yaşımda Mehebbetimi

Xeyanet bu gece qonağım oldu,
Bu elvan dünyamın regleri soldu,
Kederden qelbime göz yaşı doldu,
Boğdum göz yaşımda mehebbetimi.



Ayaqda saxladı meni intizar
Xezana çevrildi sevdalı bahar.
Kederden göz yaşım yağış tek yağar.
Boğdum göz yaşımda mehebbetimi



Üreyin yerine bağlandı bir daş,
Ne düşmen tanıdım, ne de ki yoldaş
Doluya çevrildi gözümdeki yaş,
Boğdum göz yaşımda mehebbetimi. Ardı »

Sevgi şerləriBelke de hec zaman gelmeyeceksen

Səni gözləyirəm günlər uzunu
Saatlar uzunu anlar uzunu.
Zaman da daş kimi donub yerində
Buludlar ötüşmür küləklər əsmir.
Ayrılıq hökm edir yer üzərində
Mən günü qovsam da günlər tələsmir

Kədər karvanıdır ömürdən gedən
Dünyanın dağında düzündən həsrət
Tək məni ayrılıq üzürsə nədən
Bütün adamların gözündə həsrət.

Yollar şahidimtək durur üzümə
Deyir ki axtarma, arama, anma!
Onu mən apardım mən qaytararam,
Sənə yanmayana sən belə yanma!

Səni gözləyirəm səni tək səni
Ağaclar çiçəyi gözləyən kimi.
Məhbus azadlığın ilk səhərini
Dünya gələcəyi gözləyən kimi...

Baxışım döşənib uzaq yollara
Min gedənə dözür bir gələn üçün.
Ən uzaq ayrılıq ağrılarından
Ümid zirvəsitək yüksələn Ardı »

Sevgi şerləriSeverem...

Dalaram xos xeyallara
Xeyala dalmaq ne asan
Cetin catam arzulara
Catmasamda hec bir zaman
Men yene seni severem

Gozumde yas donse sele
Gorsenerem gulen kimi
Goz yasimi sile-sile
Bulbul gulu seven kimi
Men yene seni severem

Sevdiyimi bilmesende
Yanmaram hec alismaram
Sen hec meni sevmesende
Unutmaga calismaram
Men yene seni severem

Rahatlanmaram hec zaman
Derdimi kimle bolsemde
Dusunme pesmanam yaman
Dunyaya yene gelsemde
Men yene seni severem

Sen omrumde yeganesen
Meni min derde salsanda
Niye mene biganesen?
Ele bigane qalsanda
Men yene severem seni

Kesisse xeyallarimiz
Xulyalarada buraxmaram
Ayri dusse yollarimiz
Hec ayri yola cixmaram
Men yene seni severem.

Azer Nesibli Ardı »

Sevgi şerləriNə Səndə Carə Yox Nə Məndə əlac

Aramızda uzun, daş kəsəkli yolumuz var
Həyatdan sorulası nə çox sualımız var
Gecələr hələ ediləsi çox duamız var
Neyləyək gülüm?
Nə səndə carə yox nə məndə əlac.

Hər görüşümüzü göz yaşı ilə bitirmələyik
Hər nisgilimizə pənah gətirməliyik
Özümüzü səbr ələyindən keçirməliyik
Neyləyək gülüm?
Nə səndə carə yox nə məndə əlac.

Hələ islanmalıyıq həsrət yağışlarında
Bəzənməliyik qismətin naxışlarinda
Hələ düşüb qalxmalıyıq kəm baxışlarda
Neyləyək gülüm?
Nə səndə carə yox nə məndə əlac.

Hicranla birtəhər keçinək gedək
Zamandən nə küsək nə inciyək
Bir saatı bir günə sayırsa neyləyək
Neyləyək gülüm?
Nə səndə carə yox nə məndə əlac.

Xatirələrdən hər kədərə bir səhifə açaq
Gələcəyə boylanaq birlikdə qaçaq
Sübhəcən arzudan kamdan danışaq
Başqa neyləyək gülüm?
Nə səndə carə yox nə məndə əlac. Ardı »

Sevgi şerləriSevirsən məni....

Sənlə ayrılmışıq gör neçə müddət,
Dilin söyləsə də bitib məhəbbət.
Əllərin əlimə qalibsa həsrət
Deməli hələ də sevirsən məni.

Məni yox biləndə aglayırsansa,
Üz-üzə gələndə aglayırsansa,
Adim cəkiləndə aglayırsansa,
Deməli hələ də sevirsən məni.

Bütün olanlara tapmirsan cavab,
Buna nə vaxtacan edəcəksən tab?
Sənə bu yoxluğum verirsə əzab
Deməli hələ də sevirsən məni. Ardı »