Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

D hərfiDÖŞƏK

Röyada döşək-kişinin ən yaxını olan arvadına işarədir.Öz döşəyini satmaq-arvadı boşamağa, arvadı xəstə isə-onun ölümünə yozulur. Döşəyin üstündə donuz görmək-bədniyyət bir adam yuxu görənin arvadına qarşı xəyanətkar bir qəsddədir. Döşək-röyada kişinin arvadına, qulluqçusuna, yaxud oynaşına işarə olub, o kişinin rahat həyat sürəcəyini birdirir. Döşəyin yumşaq olduğunu görmək-röya sahibinin arvadı itaətkar və ciddi qadındır. Döşəyin genişliyi-qadının yaradılış etibarilə gözəlliyinə; döşəyin təzə olması-qadının gəncliyinə və təzəliyinə, yəni bakirə olduğuna işarədir. Döşək yundan, tukdən və ya pambıqdan olarsa, qadın mərifətli və dövlətlidir deməkdir. Döşək ipəkdən və atlasdandırsa, qadının atəşpərəst olduğunu göstərir. Ağ döşək-qadının dindarlığına yozulur. Qara döşək-həyat yoldaşınız Uca Tanrının heç də razı olmadığı bir Ardı »

D hərfiYuxuda Dolu görmək

Yuxuda doluya düşmək kiçik uğurlara işarədir. Əgər günəşli gündə dolu müşahidə edirsinizsə, bu sizə qayğı və taleyin istehzalı oyununu vəd edir. Əgər gənc qadın belə yuxu görürsə, bu bir neçə uğursuzluqdan sonra sevgi görüşlərinə işarədir. Dolunun dama yağaraq səslər çıxarması o qədər də yaxşı əlamət deyil. Ardı »

D hərfiYuxuda Diş görmək

Diş gördüyünüz adi yuxu xəstəliklər və narahatlıqlar, sizi narahat edən insanlarla qarşılaşmalara işarədir. Yuxuda dişləriniz tökülübsə, sizi bədbəxtlik gözləyir. Əgər yuxuda həkim dişinizi çıxarıbsa, sizi dəhşətli dərəcədə ağır xəstəlik gözləyir. Yuxuda ağzındakı dişlərini sayan adam görmüsünüzsə, bu o deməkdir ki, ağır iztirablardan sonra siz itirilmiş qiymətli şeylərinizi geri qaytara biləcəksiniz. Əgər yuxuda dişlərinizi yuyursunuzsa, həyatda sizdən öz xoşbəxtliyinizi qorumaq üçün mübarizə tələb olunur. Əgər yuxuda ağzınızda protez dişlər varsa, bu o deməkdir ki, iztirablara məruz qalacaq və onları dəf etməli olacaqsınız. Əgər yuxuda diş ağzınızdan düşüb itirsə, sizi qürurunuzu sındıracaq və əməyinizi korlayacaq ağır yük gözləyir. Əgər yuxuda dişinizi çıxarıblarsa, deməli, Ardı »

D hərfiDİVAR KAĞIZI (oboy)

Yuxuda divar kağızı görən adam gözlənilmədən çox dəyərli bir əşyasını itirəcəkdir. Tüccar olanların belə yuxudan sonra bank krediti almaları xeyirli sayılmaz. Məmurlar da rəislərini xəbərdarlıqlarına əhəmiyyət verməli, şagirdlər müəllimlərinin sözlərini dinləməlidirlər. Ardı »

D hərfiDABBAQXANA

Yuxuda dabbaqxana-eynən sallaqxana kimi yozulur. Gözəl əxlaqlı, tərbiyəli, yoxluğa və çətinliyə qatlaşa bilən evdar qadına işarə sayılır. Bəzən də çirkin və pis söz danışan əxlaqsız, adi bir qadına və ya mala yozulur. Ardı »

D hərfiDUZ

Röyada duz-zəhmətsiz mala işarədir. İki düşmən arasında duz görmək-o adamların barışmasını ifadə edir. Duz, eyni zamanda, bir şeylə məşğuliyyətə və xəstəliyə də əlamət sayılır. Bəyaz duz-xeyir və nemətdir. Çörəyi duza batırıb yeyən adam aza qane olar. Yuxuda duz tapmaq-sıxıntı və xəstəlik anlamına gəlir. Duz, bəzən də, arvada, mala, uşağa, halal qazanca yozulur. Ardı »