D hərfi → DƏRMAN
Bir kimsə yuxuda dərman qəbul etdiyini görərsə, elm və nəsihətlərdən faydalanacaq.Verilən dərmanı qəbul etmək-azğınlığa və sapqınlığa yozulur. Qadınların uşağa qalmaq üçün istifadə etdikləri dərmanı röyada görmək-subay qız üçün evlənəcəyinə, uşağa qalmayan qadın üçün isə uşağı olacağına işarədir. Röyada dərman içdikdən sonra yaxşılaşacağını gözləyən adam-dünyasını, gözünə dərman tökdüyünü görən adam isə-dinini islah edəcək. İkran doğuran və udulması çətin olan dərman görmək-tezliklə yaxşılaşacaq xəstəliyə əlamət sayılır. Aci olmayan və asanlıqla udulan dərman-zəngin üçün xeyrə, kasıb üçün pisliyə yozulur. Röyada buruna çəkilən dərman görmək-uğursuzluğa, ata-anaya qarşı üsyan və ya ruhi xəstəliyə işarə sayılır. Yuxuda burnuna dərman çəkildiyini görən adam hiyləyə məruz qalacaq. Ardı »